Terminlər lüğəti
1691—1700 / 1989
İnsan fəaliyyəti nəticəsində təbii radiasiya fonunun dəyişdirilməsi.
Dağ-mədən, emal və digər istehsal sahələrinin yerin səthində və ya yerin təkində yığılan, tərkibində mineral maddə saxlayan tullantıları.
Gələcək nəsillərin ehtiyacını nəzərə almaqla, cəmiyyətin sosial-iqtisadi tələblərini ödəmək məqsədilə ətraf mühitin ekoloji tarazlığının pozulmasına yol verilmədən təbii resurslardan səmərəli və qənaətlə istifadə edilməsi.
İstehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin olmadığı şəraitdə tələbatın ödənilməsi daha səmərəli olan və inhisar subyektlərinin istehsal etdiyi (satdığı) əmtəə istehlakda başqa əmtəə ilə əvəz edilə bilməyən əmtəə bazarının vəziyyəti.
Təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyekti.
Xəstəliklərin müalicəsi, profilaktikası və istirahətin təşkili üçün yararlı olan mineral sular, müalicəvi palçıqlar, müalicəvi Naftalan nefti, şor göllər, müalicəvi iqlim, çimərliklər və s.
Kosmik şüalanmaların və təbii radionuklidlərin torpaqda, suda, havada, biosferin digər elementlərində, qida maddələrində, habelə insan orqanizmində təbii yaratdığı şüalanma dozası.
İnsanların ehtiyaclarını ödəmək üçün ətraf mühitdə mövcud olan torpaq, faydalı qazıntılar, bitki örtüyü, flora, fauna, su və enerji mənbələri.
Antropogen və təbii təsirlər, o cümlədən fəlakət nəticəsində ətraf mühitin dağılma təhlükəsi ilə və ya vəziyyətində mənfi dəyişiklərlə səciyyələnən və bu səbəbdən insanın və cəmiyyətin həyati vacib maraqlarına təhlükə yaradan vəziyyət.
Tərkibində təhlükəli xüsusiyyətlərə malik toksiki, infeksion, partlayıcı, yüksək reaksiya və yanma qabiliyyətli maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılar.