Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1731—1740 / 1989
Seçki (referendum) kampaniyası zamanı dərc edilməsi və ya digər üsullarla yayılması nəzərdə tutulan seçkiqabağı (referendumqabağı) təşviqata həsr edilmiş çap, audiovizual və digər materiallar.
Əllə və ya sənaye üsulu ilə yaradılmış və praktik istifadə funksiyaları olan, yaxud praktik istifadə əşyalarına köçürülən incəsənət əsəri.
Kollektiv və fərdi əmək mübahisəsini həll etmək məqsədi ilə işçilərin (işçinin) müvəqqəti olaraq öz əmək funksiyasının icrasından tam və ya qismən könüllü imtina etməsi.
Şəxsə psixiatriya yardımının gecikdirilməsi onun özünün, yaxud başqa şəxslərin həyat və sağlamlığına təhlükə yaradarsa, həkim-psixiatrın (həkim-psixiatr komissiyasının) qərarı əsasında göstərilən psixiatriya yardım.
Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətmə, həmçinin eyni məqsədlə kütləvi surətdə zəhərləmə və ya insanlar və heyvanlar arasında yoluxucu xəstəliklər yayma.
Bütün yük və ya onun hissəsi üçün BYD başa çatmış Razılığa gələn tərəfin hər hansı gömrük orqanı.
Tibbi məqsədlər üçün, yəni yaralıların, xəstələrin və gəmi qəzasına uğrayanların axtarılması, götürülməsi, daşınması, diaqnozlaşdırılması və ilk tibbi yardım göstərilməsi də daxil olmaqla müalicəsi, habelə xəstəliklərin profilaktikası üçün yaradılmış hərbi və mülki tibbi müəssisələr. Tibbi birləşmələr stasionar və ya səyyar, daimi və ya müvəqqəti ola bilər.
Münaqişədə iştirak edən tərəfin müstəsna olaraq, tibbi məqsədlər üçün, habelə tibbi birləşmələrin inzibati-təsərrüfat təminatını həyata keçirmək üçün və ya sanitar nəqliyyat vasitələrində işləmək və onların inzibati-texniki təminatını həyata keçirmək üçün təyin etdiyi şəxslər.
Yoluxucu xəstəliklərin inkişafının və yayılmasının qarşısının alınması üçün tətbiq edilən vaksinlər, immunoqlobulinlər və digər preparatlar.
Orqanizmdə anadangəlmə, yaxud sonradan baş verən xəstəlik və ya zədələr nəticəsində pozulmuş funksional qabiliyyətlərin tibbi və digər metodlara reabilitasiyasına və kompensasiyasına yönəldilmiş tədbirlər sistemidir.