Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1771—1780 / 1989
Sortun təkrar istehsalı üçün istifadə edilən bitkilərin generativ (toxum) və vegetativ (çilik, ting, şitil, soğanaq, kök yumruları və s.) orqanı.
Dövlət reyestrinə daxil edilmiş sortların toxumunun istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər.
Toxumçuluq fəaliyyəti ilə məşğul olmaq üçün dövlət toxumçuluq xidmətində attestasiyadan keçmiş fiziki və hüquqi şəxslərin qeydiyyat siyahısı.
Mənşəyinə və keyfiyyətinə görə eyni olan toxum kütləsi.
Kənd təsərrüfatı, meşə, dərman və bəzək bitkilərinin çoxaldılması məqsədilə istifadə edilən toxumların istehsalı, tədarükü və istifadəsinə yönəldilmiş elmi, aqrotexniki və təşkilati tədbirlər sistemi.
Sifarişçilərə toy mərasimləri, ad günləri, banketlər və s. keçirilməsi üçün müəyyən müddətə kirayəyə verilən xidmət obyektidir. Bu növdən olan obyekt mərasim üçün nəzərdə tutulan avadanlıq, inventar və qab-qacaqlarla təmin edildikdən sonra fəaliyyət göstərirlər.
Telekommunikasiya şəbəkəsində və ya telekommunikasiya şəbəkələri arasında ötürülən siqnallar (məlumatlar) toplusu.
Şəbəkələr arasında informasiya mübadiləsi.
Bir yazı sistemindəki hərflərin başqa yazı sisteminin hərfləri ilə verilməsi.
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası — insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün cərrahiyyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqan və (və ya) toxumaların donorun və ya insan meyitinin orqan və (və ya) toxumaları ilə əvəz edilməsi.