Terminlər lüğəti
1751—1760 / 1989
Uduş fondu əvvəlcədən təyin edilmiş vaxtda oynanılan lotereyanın keçirilməsi forması.
İnsan psixikasına bihuşedici təsir göstərən maddələrin (narkotik vasitələr, psixotrop maddələr və spirtli içkilər istisna olmaqla) sui–istifadəsi nəticəsində yaranmış, xroniki intoksikasiya doğuran, həmin maddələrdən psixi və (və ya) fiziki asılılıqla ifadə olunan xəstəlik vəziyyəti.
Materialların seçilməsinə və düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi kimi müstəqil əsərlərdən ibarət məcmuə. Belə məcmuələr (toplular) ensiklopediya və ya antologiya kimi əsər mənasını ifadə edir
Konkret dövr üçün ölkədə maliyyə vəsaitlərinin yaranma mənbələri və istifadə istiqamətləri barədə məlumatları özündə əks etdirən maliyyə sənədi.
Yer səthinin və onun ayrı-ayrı nöqtələrinin qarşılıqlı vəziyyətinin müəyyən edilməsi.
Nizamnamə kapitalında səsvermə hüququ verən səhmlərin əllidən çox faizi təsisçi banka və ya bank holdinq şirkətinə məxsus olan bankdır, yaxud elə bankdır ki, onunla təsisçi bank və ya bank holdinq şirkəti arasında bağlanmış müqaviləyə əsasən təsisçi banka və ya bank holdinq şirkətinə onun qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək imkanı verilir.
Tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi
Fyuçerslər, opsionlar və qanunvericiliklə müəyyən edilmiş digər qiymətli kağızlar aid edilir.
-Təsərrüfat cəmiyyəti o halda törəmə cəmiyyət sayılır ki, digər (əsas) təsərrüfat ortaqlığı və ya cəmiyyəti onun nizamnamə kapitalında üstün iştirakına görə və ya onlar arasında bağlanmış müqaviləyə müvafiq surətdə həmin cəmiyyətin qəbul etdiyi qərarları müəyyənləşdirmək imkanına malik olur.
-Törəmə cəmiyyət əsas ortaqlığın və ya cəmiyyətin borcları üçün cavabdeh deyildir.
-Törəmə cəmiyyətə onun üçün məcburi göstərişlər vermək hüququ olan əsas ortaqlıq və ya cəmiyyət həmin göstərişlərin icrası üçün törəmə cəmiyyətin bağladığı əqdlər üzrə onunla birgə məsuliyyət daşıyır. Əsas ortaqlıq və ya cəmiyyət törəmə cəmiyyətə onun üçün məcburi göstərişlər vermək hüququna yalnız o halda malik sayılır ki, bu hüquq törəmə cəmiyyətlə müqavilədə nəzərdə tutulmuş olur.
-Törəmə cəmiyyətin iştirakçıları (səhmdarları) əsas ortaqlıqdan və ya cəmiyyətdən onun təqsiri üzündən törəmə cəmiyyətə dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilərlər. Zərər yalnız əsas ortaqlığın və ya cəmiyyətin törəmə cəmiyyət üçün məcburi göstərişinin törəmə cəmiyyət tərəfindən icrası nəticəsində baş verdikdə əsas ortaqlığın və ya cəmiyyətin təqsiri üzündən vurulmuş sayılır.
-Törəmə cəmiyyət əsas ortaqlığın və ya cəmiyyətin təqsiri üzündən müflis olduqda əsas ortaqlıq və ya cəmiyyət onun borcları üzrə subsidiar məsuliyyət daşıyır. Törəmə cəmiyyət yalnız əsas ortaqlığın və ya cəmiyyətin onun üçün məcburi göstərişini icra etməsi nəticəsində müflis olduqda əsas ortaqlığın və ya cəmiyyətin təqsiri üzündən müflis olmuş sayılır.
Nizamnamə kapitalında üstün iştirakına görə və ya iştirakçıları arasında bağlanmış müqaviləyə müvafiq surətdə digər təşkilat (baş təşkilat) onun qəbul etdiyi qərarları müəyyənləşdirmək hüququna malikdir.