Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1741—1750 / 1989
Mülkiyyət formasından asılı olmayaraq, tibbi sığortanıhəyata keçirmək üçün qanunvericilikdə müəyyən olunmuş qaydada xüsusi razılıq almaqla fəaliyyət göstərən və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən zəruri nizamnamə fonduna malik olan — sığorta təşkilatı.
Müqavilə üzrə müəyyən növ və həcmdə göstərilən əvəzi ödənilən tibbi yardım.
Xəstəliklərin, zəhərlənmələrin, travmaların profilaktikası və diaqnostikası, xəstələrin müalicəsi və reabilitasiyası, hamiləliyin müşahidəsi, doğuşun qəbulu və doğuşdan sonrakı dövrlərin müşahidəsi.
Müəyyən növ tibbi yardımın norma, qayda və xüsusiyyətlərinə, onun nəticəsinə dair tələblərin siyahısı.
Orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir.
Bir hüquqi və ya fiziki şəxsə məxsus bir sıra dükanlar cərgəsindən ibarət olub, əsasən müxtəlif cür mallar satır. Bu növdən olan ticarət obyektlərinə «pasaj» deyilir.
Gəmilərdən istifadə etməklə həyata keçirilən aşağıdakı fəaliyyət növləri nəzərdə tutulur: -yüklərin, sərnişinlərin və onların baqajlarının, poçt göndərişlərinin daşınması; -su bioloji ehtiyatlarının ovu; -gəmilərin dəniz bələdçisi ilə keçirilməsi; -dənizin dibində və təkində mineral ehtiyatların kəşfiyyatı və hasilatı; -yedəkləmə, buzqırma, axtarış və xilasetmə əməliyyatları; -dənizdə batmış əmlakın qaldırılması; -dəniz mühitinin qorunması və saxlanması; -digər təsərrüfat, elmi, tədris, idman və mədəni məqsədlər üçün istifadə.
Memarlıq layihəsi mövcud qaydalar əsasında təsdiq edildikdən və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdikdən sonra həmin orqan tərəfindən sifarişçiyə verilən rəsmi icazə sənədi.
Nəşr nüsxələrinin miqdarı.
Tirajlı lotereyada uduş fondunun oynanılmasının lotereyanın şərtlərinə uyğun keçirilməsinə nəzarət edən və onun nəticələrini rəsmiləşdirən fiziki şəxslər qrupu.