Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1811—1820 / 1989
Lotereyanın şərtlərinə uyğun, lotereyada oynanılan və uduşlar şəklində verilməsi (ödənilməsi) nəzərdə tutulan pul vəsaitlərinin, digər əmlakın (əşyanın) və xidmətlərin (işlərin) məcmusu (dəyəri).
Lotereyanın şərtlərinə uyğun, lotereya biletinin uduşlu olub-olmamasının təsadüf prinsipi əsasında müəyyənləşdirildiyi və uduş fondunun müəyyən hissəsinə mülkiyyət hüququnun yarandığı proses.
Müqavilə ilə qaytarılması müəyyən edilmiş tarixdən sonra 180 gün ərzində qaytarılmamış kreditlərdir. «Ümidsiz» kreditlərə vaxtından asılı olmayaraq qaytarılması mümkün olmayan kreditlər da aid edilir. Bunlara misal olaraq iqlim şəraitindən və ya təbii fəlakətdən, habelə digər fors-major hallarında qaytarılması mümkün olmayan kreditlər aiddir.
Tənzimlənən və ya elan edilmiş tariflər tətbiq edilməklə, müqavilə ilə razılaşdırılmış qiymətlər üzrə hüquqi və ya fiziki şəxslərin müraciəti əsasında yerinə yetirilən sərnişin və yük daşımalarında istifadə olunan nəqliyyat vasitəsi
Ümumistifadəli elektrik rabitəsi (telefon, teleqraf, mobil və s.) şəbəkəsindən ibarət olub, bütün operatorların istifadəsi üçün açıq olan şəbəkə.
Yüksək sığorta risklərinin sığortalanmasında öz ödəmə qabiliyyətinin təmin olunması və sığortalıların əmlak mənafelərinin müdafiəsinə zəmanət verilməsi üçün sığortaçıların öz aralarında bağladıqları saziş əsasında qarşılıqlı sığorta fəaliyyətinin təşkili forması.
Sağlam şəxslərin təhsili üçün yaradılmış təhsil müəssisəsi.
Təbii halda olan və ya cüz`i dəyişikliklərə uğramış yerli təsərrüfat ehtiyacları üçün istifadə edilən geniş yayılmış faydalı qazıntılar.
Müvafiq qaydalar, standartlar, xidmət göstərilməsi və ödəmə şərtləri əsasında abunəçinin istifadə edə biləcəyi telekommunikasiya xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulan və bütün istifadəçilərə qoşulma imkanını verən telekommunikasiya şəbəkəsi, yaxud onun bir hissəsi.
Proqramları ölkənin bütün ərazisinə yayımlanan teleradio yayımçısı («Ölkənin bütün ərazisi» dedikdə televiziya verilişləri üçün ölkə əhalisinin, radio verilişləri üçün ölkə ərazisinin azı 98 faizi başa düşülməlidir).