Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1841—1850 / 1989
a) valyuta sərvətlərinə mülkiyyət hüququnun və digər hüquqların keçməsi ilə əlaqədar əməliyyatlar, o cümlədən ödəniş vasitəsi kimi xarici valyutadan və xarici valyutada ödəniş sənədlərindən istifadə edilməsi; b) valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və göndərilməsi, eləcə də Azərbaycan Respublikasından çıxarılması və göndərilməsi; v) beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi.
a) xarici valyuta; b) xarici valyutada qiymətli kağızlar — xarici valyutada ifadə edilmiş ödəniş sənədləri ( çeklər, veksellər, akreditivlər və s.), fond sərvətləri(səhmlər, istiqrazlar) və digər borc öhdəlikləri; v) qiymətli metallar — zərgərlik, digər məişət məmulatı və bu məmulatın qırıntıları istisna olmaqla, hər hansı növdə və halda olan qızıl, gümüş, platin və platin qrupundan olan metallar (paladium, iridium, rodium, rutenium və osmium); q) xam və emal edilmiş (zərgərlik, digər məişət məmulatı və bu məmulatın qırıntıları istisna olmaqla) təbii daş-qaş (almaz, yaqut, zümrüd, sapfir, aleksandrit, mirvari).
Fyuçers kontraktını almış və ya satmış ticarət iştirakçısının fyuçersin qiymətinin dəyişməsi ilə əlaqədar əmələ gəlmiş öhdəliyi.
Müəyyən vaxt anında məlumat bildirişinin ona təqdim edilməsi barədə akkreditə edilmiş mərkəzin elektron qeydi.
Əsas məbləği və ya onların faizləri üzrə borclar müqavilədə nəzərdə tutulmuş müvafiq tarixlərə ödənilməmiş, yaxud onların faiz ödənişləri kapitallaşdırılmış, yeni kreditlər kimi rəsmiləşdirilmiş və ya vaxtı daha uzun müddətə uzadılmış kreditlərdir. Müəyyən qrafiklər əsasında hissə-hissə ödənilməsi nəzərdə tutulan kreditlərin hər hansı bir hissəsi ödənilməzsə, onların tam qalıq məbləği vaxtı keçmiş hesab edilir. Hesabat tarixinə vaxtı keçmiş kreditlərin məbləği dedikdə ödənilməmiş faiz məbləğini daxil etmədən, kreditlərin əsas məbləğinin ödənilməmiş ümumi qalığı nəzərdə tutulur.
Veksellər orderli qiymətli kağızlardır, veksel verən onların vasitəsi ilə müəyyən şəxsə müəyyən məbləğ ödəmək barəsində başqa şəxsə (ödəyiciyə) göstəriş verir (köçürmə vekseli) və ya hər hansı müəyyən şəxsə və ya bu şəxsin sərəncamına müəyyən məbləğ ödəməyi öhdəsinə götürür (sadə veksel).
Akseptdən və ya ödəmədən imtina faktlarının səlahiyyətli dövlət orqanı (notarius) tərəfindən rəsmi təsdiq edilməsi.
Əlil arabaları istisna olmaqla, idarə edən şəxsin əzələ enerjisi ilə, xüsusən pedalların və ya dəstəklərin köməyi ilə hərəkətə gətirilən hər hansı nəqliyyat vasitəsi.
Əlil arabaları istisna olmaqla, velosipedi idarə edən şəxs.
Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi və ya təqsirsizliyi məsələsi barəsində andlı iclasçıların çıxardığı qərar.