Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1831—1840 / 1989
Sertifikatlaşdırma sisteminin qaydaları üzrə sertifikatlaşdırılmış məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün verilmiş sənəd.
Dağlıq ərazidə yerləşən və təbii şəraitlə bağlı ictimai nəqliyyat ilə ən yaxın seçki məntəqəsinə çatmaq üçün 1 saatdan artıq vaxt tələb olunan yaşayış məntəqələri.
Əşyanın və ya hüquqların elə yüklülüyüdür ki, bu zaman xeyrinə yüklülük müəyyənləşdirilən şəxs (uzufruktuar) onlardan istifadə etmək və fayda götürmək hüququna malikdir, lakin mülkiyyətçidən fərqli olaraq bu əşyanı və hüquqları girov qoymaq, özgəninkiləşdirmək və ya vərəsəlik üzrə vermək hüququna malik deyildir. Uzufrukt ayrı-ayrı faydaların istisna edilməsi ilə məhdudlaşdırıla bilər.
Üzümlüklərin salınmasında istifadə edilən, habelə öz kökü üstündə və ya calaq edilib yetişdirilən tinglər, calaqaltı və calaqüstü çubuqlar.
Təbii və ya emal olunmuş halda istehlak edilən süfrə üzümü, kişmiş, doşab, şirə və digər qida məhsulları.
Üzümün istehsalı ilə məşğul olan kənd təsərrüfatı sahəsi.
Uzunluğu 24 metrdən çox olan nəqliyyat vasitəsi.
Ödənişi bir ildən çox müddətə nəzərdə tutulan öhdəliklərdir.
İşəgötürənlərin boş olan və iş qüvvəsi tələb edən iş yeri.
Hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər.