Terminlər lüğəti
1661—1670 / 1989
Müvafiq telekommunikasiya şəbəkəsi vasitəsilə hüquqi, fiziki şəxslərin və qanuni əsaslarla fəaliyyət göstərən digər subyektlərin telekommunikasiyaya olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilən fəaliyyət.
Operator, provayder ilə bağladığı müqavilə əsasında telekommunikasiya xidmətlərindən istifadə edən şəxs.
Hüquqi əsaslarla telekommunikasiya xidmətlərindən istifadə edən şəxs.
Əhalinin geniş təbəqəsi üçün nəzərdə tutulan, bu Qanunla müəyyənləşdirilmiş tələblər əsasında hazırlanan, canlı yayımlanan, yaxud əvvəlcədən lentə alınmış audio və audiovizual materialların (verilişlərin) məcmusu.
Yayımlanmaq üçün nəzərdə tutulan teleradio proqramları (verilişləri) hazırlayan fiziki və ya hüquqi şəxs.
Teleradio yayımı üçün hazırlanan, təşkilati və tematik baxımdan teleradio proqramlarının ayrıca və bitkin hissəsi sayılan informasiya və digər materiallar toplusu.
Daimi adı olan və ildə azı bir dəfə efirə buraxılan audio, audiovizual xəbər və materialların (verilişlərin) məcmusu.
Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada reyestrdən keçən, teleradio proqramları (verilişləri) istehsal etmək və ya yayımlamaq səlahiyyəti olan, yaxud yayımın retranslyasiyası siqnallarının kodlarını açan qurğu və vasitələrin köməyi ilə həyata keçirilməsini təmin edən fiziki və ya hüquqi şəxs.
Elektormaqnit dalğaları ilə açıq və ya kodlaşdırılmış formada, peyk, kabel və ya digər yerüstü texniki qurğular vasitəsilə kütləvi yayımlanan və istənilən sayda teleradio qəbuledicilər tərəfindən qəbul edilən səsli və ya görüntülü teleradio proqramlarının müəyyən məsafəyə ilkin ötürülməsi. Bu anlayışa həmçinin yayımın kodlaşdırılmış qurğulardan (kartlardan) istifadə etməklə hüquqi və fiziki şəxslər tərəfindən peyk vasitəsi ilə həyata keçirilməsinin təmin edilməsi və digər yayımçılar tərəfindən retranslyasiya edilən proqramlar da daxildir. «Teleradio yayımı» anlayışı telekommunikasiya sistemi ilə ötürülən və fərdi çağırışla qəbul edilən informasiyaları, yaxud digər materialları (faksla əlaqədar, elektron məlumat bankları və bu tipli digər xidmətlər) ehtiva etmir.
Teleradio yayımçısının teleradio məhsullarını yayımlamaq üçün istifadə etdiyi və xüsusi razılıq (lisenziya) ilə müəyyənləşdirilən radiotezliklər, televiziya və radio ötürücüsü qurğuları, peyk ötürücüsü və qəbuledici stansiyaları, kabel və efir-kabel şəbəkələri.