Terminlər lüğəti
1601—1610 / 1989
Malın (işin, xidmətin) satışını stimullaşdırmaq məqsədilə həmin malı (işi, xidməti) almış şəxslər arasında keçirilən lotereya forması.
Satışı stimullaşdırıcı lotereya ilə müşayiət olunan mal (iş, xidmət).
Əməliyyatları dayandırılmış və ləğv edilmiş kartların daxil edildiyi siyahıdır. Bu siyahı xidmət mərkəzi tərəfindən tərtib olunur.
Müəssisəyə yeni texnologiya və nou-haunu cəlb etmək imkanına malik, müəssisənin fəaliyyətində və idarəçiliyində bilavasitə iştirak etmək niyyəti olan və həmin sahədə böyük idarəçilik və istehsal təcrübəsinə malik olan hüquqi şəxs.
Su obyektlərində yerləşən, istifadə edilən və ya istifadə oluna bilən yerüstü və yeraltı suların həcmi.
Suda yaşayan bütün növ suitilər, xərçəngkimilər, tısbağalar, zooplanktonlar, fitoplanktonlar, bentik orqanizmslər və digər su heyvanları və yosunları.
Öz ehtiyaclarını təmin etmək üçün su obyektlərinin istifadəçisindən su alan fiziki və ya hüquqi şəxs.
Relyef formasına uyğun olaraq yerin üstündə və ya yerin təkində suların toplandığı sərhədləri, ölçüləri və xüsusi su rejimi əlamətləri olan təbii formalaşmış landşaft, yaxud geoloji struktur.
Su obyektlərindən istifadə hüququ verilmiş fiziki və ya hüquqi şəxs.
Suların keyfiyyətini pisləşdirən, su obyektlərinin səthinə, dibinə və ətrafına mənfi təsir edən zərərli maddələrin tökülməsi və ya axıdılması.