Terminlər lüğəti
1571—1580 / 1989
Telekommunikasiya xidmətlərindən istifadə məqsədi ilə telekommunikasiya şəbəkəsinin qoşulma nöqtələrinə birləşdirilən avadanlıqlar (telefon aparatı, kompüter və s.).
Eyni genotip, genotiplər qrupu və fenotiplərin əlamətlərini səciyyələndirən, həmin botaniki taksona aid digər bitki qruplarından ən azı bir əlamətlə fərqlənən oxşar bitkilər qrupu.
Bitki sortlarının yeni, daha məhsuldar və keyfiyyətli sortlarla əvəz olunması.
Toxumun sorta məxsus genetik təmizliyi və səpinə yararlılığının kompleks göstəriciləri.
Sorttəmizliyi və bioloji keyfiyyətləri pisləşmiş toxumların həmin sortun yüksək reproduksiyalı və keyfiyyətli toxumları ilə əvəz edilməsi.
Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti.
Əlillərin həyat səviyyəsinin yaxşılaşdırılmasını, onlara cəmiyyətin həyatında iştirak etmək üçün digər vətəndaşlarla bərabər imkanlar yaradılmasını təmin edən tədbirlər sistemidir.
Qeyri-kommersiya xarakteri daşıyan Azərbaycan Respublikasının müstəqilliyi və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlərin, həyata keçirilən islahatların mahiyyətinin açıqlanması və geniş xalq kütləsinə çatdırılan, Azərbaycan Respublikasının müstəqilliyinə qarşı biganəliyə qarşı barışmazlıq, milli, hərbi vətənpərvərlik hissini gücləndirən, ictimai şüuru yeni iqtisadi münasibətlərə uyğunlaşdıran, sahibkarlıq və xeyriyyəçilik kimi milli ənənələri bərpa edən, əhalidə nikbinlik, gələcəyə inam, təmkinlik ovqatlarını formalaşdıran, siyasi, sanitariya, ekoloji mədəniyyət səviyyəsinin yüksəldilməsi məqsədi ilə dövlət orqanları, ictimai institutlar tərəfindən sifariş olunan və istənilən reklam daşıyıcıları ilə yayılan informasiya.
Əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusu.
Karlar və ya eşitmə qabiliyyəti zəif olan insanlar üçün təhsil, tədris və informasiya xarakterli verilişlər və ya proqramlar.