Terminlər lüğəti
1541—1550 / 1989
Seçkilərdə birgə iştirak etmək üçün iki və ya daha çox siyasi partiyanın yaratdığı və seçkilər zamanı siyasi partiyalarla eyni hüquqa malik olan blok.
Siyasi mülahizələrə görə dövlət tərəfindən tətbiq edilən, məhkəmələrin və mühakimə funksiyaları verilmiş başqa orqanların qərarı ilə, yaxud icra hakimiyyəti orqanları və vəzifəli şəxslər, inzibati səlahiyyət verilmiş ictimai təşkilatlar və ya onların orqanları tərəfindən inzibati qaydada icra olunan, həyatdan və ya azadlıqdan məhrumetmə, qeyri-qanuni məcburi müalicə üçün ruhi müalicəxanaya yerləşdirmə, ölkədən çıxarma və vətəndaşlıqdan məhrumetmə, əhali qruplarını yaşayış yerindən çıxarma, sürgünetmə, köçürtmə və xüsusi məskənə göndərmə, azadlığın məhdudlaşdırılması şəraitində məcburi əməyə cəlbetmə şəklində müxtəlif məcburiyyət tədbirləri, habelə sinfi, sosial, milli, dini və ya sair əlamətlərə görə dövlət və ya siyasi quruluş üçün sosial təhlükə sayılan şəxslərin hüquq və azadlıqlardan başqa cür məhrum edilməsi və ya bunların məhdudlaşdırılması.
Siyasi repressiya növlərinə məruz qalmış şəxslər, onların ailə üzvləri, o cümlədən öz valideynləri və ya qohumları ilə birlikdə repressiyanın icra edilməsi (sürgünün, köçürtmənin, cəzanın çəkilməsi) yerlərində olan şəxslər, repressiyanın icra edilməsi yerlərində anadan olmuş uşaqlar, həmçinin siyasi repressiya kimi ölüm cəzasına məhkum edilmiş şəxslərin uşaqları.
Sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi
Sığorta müqaviləsinin şərtləri və ya Qanunla müəyyən olunmuş qaydada hesablanan pul vəsaitinin məbləği.
Qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal
Qanuna müvafiq olaraq Milli Bank tərəfindən Əmanətlərin Sığortalanması Fonduna göndərilən bildirişdə sığorta hadisəsinin baş verməsi günü kimi qeyd olunan tarixdir.
Qanunla müəyyən edilmiş qaydada iştirakçı bankın Əmanətlərin Sığortalanması Fonduna ödədiyi üzvlük, təqvim və əlavə haqlardır.
Risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği
Sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi