Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1581—1590 / 1989
Uşaqları sosial təhlükəli vəziyyətdə olan ailə. Valideynləri və ya digər qanuni nümayəndələri yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və (və ya) saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və (və ya) onların davranışına mənfi təsir göstərən və ya onlarla qəddar rəftar edən ailə.
Sosial ehtiyaclar üçün dövlətin ayırdığı vəsaitdən yardımlanan səyahət.
Xarici valyutanın sövdələşmə tarixində razılaşdırılmış məzənnəsi.
Özgənin əmlakını açıq talama.
Hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə.
İnsan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət əldə edən əşyalarla məsafədən hədəfi zədələmək təyinatına malik olan silah.
Konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silah.
Mal vahidinə görə müəyyən olunmuş dəyərlə hesablanan.
Birja tərəfindən hazırlanmış fyuçersin məzmununun əsas parametrlərini əks etdirən sənəd.
Teleradio yayım fəaliyyəti ilə məşğul olmayan, adının tanınması, ticarət markasının şöhrətlənməsi, yaxud imicinin yüksəlməsi məqsədi ilə ayrılıqda bir verilişi və ya bir proqramı maliyyələşdirən fiziki, yaxud hüquqi şəxs.