Terminlər lüğəti
61—70 / 1989
Arxiv sənədləri üzərində sahiblik, istifadə və sərəncam hüququna malik olan subyekt.
Dövlət və yerli özünüidarə orqanları, dövlət idarə, müəssisə və təşkilatları tərəfindən arxiv sənədlərinin nəzərdə tutulmuş müddətdə mühafizəsi.
Arxiv sənədlərinə sahiblik və istifadə hüququnu tam həcmdə, onlar üzərində sərəncamı qanunvericilikdə müəyyən olunmuş həddə həyata keçirən subyekt.
Təsərrüfat cəmiyyəti o halda asılı cəmiyyət sayılır ki, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iyirmi faizindən çoxu və ya səhmdar cəmiyyətinin səsvermə hüququ verən səhmlərinin iyirmi faizindən çoxu digər (üstün, iştirakçı) ortaqlığa və ya cəmiyyətə mənsub olur.
Bankın əhəmiyyətli təsir göstərdiyi hüquqi şəxs, lakin bu hüquqi şəxs nə törəmə müəssisə, nə də birgə müəssisə deyildir.
Atların yetişdirilməsi, təkrar istehsalı, saxlanması və istifadəsi ilə əlaqədar kənd təsərrüfatı fəaliyyəti
Atların yetişdirilməsi, saxlanması, istifadəsi, at cinslərinin damazlıq keyfiyyətlərinin təkmilləşdirilməsi və sınağı ilə məşğul olan hüquqi və fiziki şəxslər
Zərərli maddələrin stasionar və səyyar mənbələri, o cümlədən nəqliyyat vasitələri, texnoloji proseslər və avadanlıqlar üçün məhsul vahidinə, yürüşə, mühərrikin gücünə görə hesablanan atmosfer havasına atılan zərərli maddənin yol verilən maksimum həcmini və digər göstəriciləri müəyyən edən normativ.
Stasionar mənbələrdən zərərli maddələrin atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərini aşmaması şərti ilə atmosfer havasını çirkləndirən hər bir mənbə üçün atılmanın texniki normativlərini və fon çirklənməsini nəzərə almaqla müəyyən edilən zərərli maddələrin atılmasının yol verilən həddi.
Ətraf mühiti əhatə edən atmosfer qazlarının təbii qarışığı.