Terminlər lüğəti
51—60 / 1989
Konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt.
Meşəyə qulluq, seçmə sanitariya və yenidənəkmə ilə əlaqədar qırmalar, az qiymətli ağaclıqların, habelə qoruyucu, suyu mühafizə və başqa funksiyalarını itirmiş ağac və kolluqların kəsilməsi ilə əlaqədar olan digər qırmalar.
Müqavilə xarakteri və yaxud başqa xarakter daşıyıb-daşımamasından asılı olmayaraq, hər hansı bir konkret hüquq münasibəti ilə əlaqədar tərəflər arasında yarana biləcək mübahisələrin hamısının və ya müəyyən mübahisələrin arbitraja verilməsi barəsində tərəflərin sazişi. Arbitraj sazişi müqavilədə arbitraj qeyd-şərti kimi və yaxud ayrıca saziş kimi bağlanıla bilər.
Buxarlanan rütubətin miqdarının yağıntı miqdarından çox olduğu quraq iqlimli ərazilərin bitkiləri.
İnsanın fəaliyyəti ilə əlaqədar yer altında olan maddi mədəniyyət nümunələri, o cümlədən ibtidai insan düşərgələri və yaşayış məskənləri, qədim qəbiristanlar, müdafiə sistemləri və istehkamlar, ziyarətgahlar, hər cür qədim əşyalar, dini və xatirə abidələri, qaya və daşüstü təsvirlər və yazılar, qədim mədən istismar izləri, əmək alətləri, istehsalat kürələri, qədim yollar, körpü qalıqları, arxlar, ovdan və kəhrizlər, su kəmərləri, kürəbəndlər və s.
Arxiv sənədlərinin məcmusu, onların komplektləşdirilməsini, uçotunu, mühafizəsini və istifadəsini həyata keçirən arxiv təşkilatları və ya idarələrin, müəssisələrin struktur bölmələri.
Tarixi və məntiqi baxımdan bir-biri ilə bağlı olan arxiv sənədlərinin məcmusu.
Arxivlərin komplektləşdirilməsi, mühafizəsi, uçotu və arxiv xidmətinin təşkili.
Mühafizə edilən və ya edilməli olan, informasiya daşıyıcısının növündən asılı olmayaraq dövlət, cəmiyyət və ya öz mülkiyyətçisi üçün tarixi, elmi, mədəni əhəmiyyət kəsb edən sənəd.
Həmin sənədlərin arxivdə, muzeydə və kitabxanada müddətsiz mühafizəsi.