Terminlər lüğəti
11—20 / 1989
Qiymətli kağız o halda adsız sayılır ki, ona əsasən borclu öhdəliyi bu qiymətli kağızı təqdim edən istənilən şəxsə icra etməyi öz üzərinə götürür.
Malların gömrük dəyərinə görə faizlə hesablanması.
Hava gəmilərinin uçuşu, enməsi, yönəldilməsi, dayanacağı və onlara xidmət edilməsi üçün xüsusi təchiz edilmiş qum və ya su sahəsi.
Hava gəmilərinin qəbul edilməsi, yola salınması və hava daşımalarına xidmət göstərilməsi üçün nəzərdə tutulan, bu məqsədlərə görə aerodroma, aerovağzala və zəruri avadanlığa malik olan qurğular, tikililər kompleksi.
Yüksək əyar göstəricisinə malik olan qiymətli metalların külçələrini istehsal edən müəssisə.
Dövlət təhsil (xüsusi təhsil) standartlarına uyğun təlimi qeyri-mümkün edən fiziki, əqli və (və ya) psixi ləngimənin qanunvericiliklə müəyyən olunmuş yüksək dərəcəsi.
Çəkisinə, ölçülərinə və ya xarakterinə görə, adətən, örtülü nəqliyyat vasitəsində və ya örtülü konteynerdə daşınmayan mallar.
Yaşı 70-ə çatmış Azərbaycan Respublikası vətəndaşı, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs.
Ahılların sosial xidmətə olan tələbatının ödənilməsinə yönəldilən, onlara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq sosial xidmət müəssisələrində və evdə qulluq, iaşənin təşkili, tibbi, sosial, psixoloji, hüquqi və digər yardımların məcmusundan ibarət olan fəaliyyət.
(Acquid Immune Deficiency Syndrom) qazanılmış immunçatışmazlığı sindromu — HIV virusunun törətdiyi xəstəlik