Terminlər lüğəti
31—40 / 1989
Aktivlərin faydalı xidmət müddəti ərzində amortizasiya dəyərinin müntəzəm surətdə azalması deməkdir.
Əsas vəsaitlərin ilkin dəyəri ilə ləğv olunma dəyəri arasındakı fərqlə müəyyən olunur.
Körpə və erkən yaşlı uşaqların döşlə əmizdirilməsi.
Sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır.
Emitentlə bağlanılmış müqavilə əsasında qiymətli kağızların yerləşdirilməsini həyata keçirən diler.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada andlı iclasçılar siyahısına daxil edilmiş, Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar üzrə seçilmiş və ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək üçün məhkəməyə çağırılmış şəxsdir.
Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada cinayət işlərinə baxılması üçün yaradılan andlı iclasçılardan ibarət qurum.
Verdikt çıxarılması üçün müşavirə otağına gedənədək andlı iclasçıların öz tərkibindən seçdikləri şəxs.
Uduşu lotereyanın iştirakçısı tərəfindən lotereyada iştirak hüququnu təsbit edən lotereya bileti əldə etdikdən dərhal sonra digər lotereya iştirakçılarından asılı olmadan müəyyən olunan lotereyanın keçirilməsi forması.
İpoteka borcunun (kredit üzrə əsas borcun və həmin borca hesablanmış faizlərin) ödənilməsinə yönəldilmiş müntəzəm bərabər aylıq ödənişlər. Bu ödənişlər aylar üzrə elə hesablanaraq bölüşdürülməlidir ki, kreditin ödəniş müddətinin sonunda borc tamamilə ödənilmiş olsun.