Terminlər lüğəti
101—110 / 1989
Sərnişin və ya yük daşınması müqaviləsi, yaxud digər qanuni əsaslarla, daşınma haqqı ödənilməklə yerinə yetirilən daşımalar
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üçün istifadə olunan avtomobil yolları, avtovağzallar (avtostansiyalar), dayanacaq məntəqələri, avtomobil duracaqları, terminallar və digər qurğular, habelə avtonəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahələri və texniki-təmir stansiyaları, yanacaqdoldurma məntəqələri
Müəyyən ərazidə sərnişin və yük daşımalarını təmin edən bütün avtomobil yollarının vahid sistemi.
Yolun müvafiq layihəyə uyğun olaraq istifadəçilərin tələblərinə cavab verməsini təmin etmək məqsədi ilə bütün il boyu yola və yol qurğularına xidmət göstərilməsi, onların müayinəsi, yoxlanması və mühafizəsi tədbirlərinin məcmusu.
Yol geyiminin, torpaq yatağının və mühəndisi qurğuların gücləndirilməsi və genişləndirilməsi, o cümlədən deformasiyalara və dağılmalara məruz qalmış konstruksiyaların və ya onların ayrı-ayrı hissələrinin bərpası, səmərəli və möhkəm elementlərlə əvəz edilməsi, yol örtüyünün, hamarlılığının, ilişmə keyfiyyətlərinin yaxşılaşdırılması ilə bağlı işlər kompleksi. Yolların təmiri növlərinə görə cari, orta və əsaslı olurlar.
Texniki-iqtisadi əsaslandırma və normativ-texniki sənədlərin tələblərinə uyğun olaraq iki məntəqə arasında zəlzələyə, digər təbii və texnogen təsirlərə davamlı yeni avtomobil yolunun və yol qurğularının inşası.
Müvafiq proqramlar əsasında yol tikintisi məqsədi ilə torpaq sahələrinin ayrılması, elmi-tədqiqat, layihə-axtarış, tikinti-quraşdırma və yenidənqurma işlərinin aparılması.
Mövcud yolun və yol qurğularının nəqliyyat-istismar göstəricilərinin yüksəldilməsi, yolun bütövlükdə və ya ayrı-ayrı hissələrinin daha yüksək texniki dərəcəyə keçirilməsi məqsədi ilə həndəsi parametrlərin normativ-texniki sənədlərin tələblərinə uyğun olaraq dəyişdirilməsi ilə müşayiət olunan işlər kompleksi.
Yol hərəkəti qaydalarına, dövlət standartlarına və digər normativ-hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik avtomobillərin, avtobusların, motosikletlərin müəyyənləşdirilmiş sürətlə təhlükəsiz və rahat hərəkətini təmin etmək üçün nəzərdə tutulan yol.
Tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq konkret ərazidə mövcud olan avtomobil yolları şəbəkəsinin, həmçinin onların inkişafı, saxlanılması və əlaqələndirilməsi ilə məşğul olan subyektlərin məcmusu.