Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

151—160 / 1989
Hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, bank fəaliyyəti ilə məşğul olmağa hüququ olmayan, yalnız onun mənafelərini təmsil və müdafiə edən bankın ayrıca bölməsi.
Hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, onun respublika ərazisində depozitlər cəlb edən və/və ya köçürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsi.
Bankın aktivləri, öhdəlikləri, kapitalı, gəlirləri və xərcləri haqqında məlumatların mühasibat hesablarında ikili yazılış üsulu ilə toplanması, qeydiyyatı və ümumiləşdirilməsi sistemi.
Bir bankın digər bankla birləşməsi və ya digər bankın xalis aktivləri və əməliyyatları üzərində nəzarətin əldə edilməsi nəticəsində ayrı-ayrı bankların bir bank şəklində birləşməsidir.
Plastik kartlarla əməliyyatlar zamanı nağd pulların verilməsi, mal, iş və ya xidmətlərə görə nağdsız ödənişin həyata keçirilməsi və inkassasiya üçün nəzərdə tutulmuş bank avtomatlarıdır. Bundan başqa, bankomat kart sahibinə onun hesabının cari vəziyyəti haqqında məlumat (o cümlədən kağız üzərində çıxarış) almağa imkan verir.
Daşınmaq üçün qablaşdırılmış, sərnişin tərəfindən avtonəqliyyat vasitəsilə göndərilən və ya səfər boyu müşayiət edilən, qabariti, çəkisi və xüsusiyyətindən asılı olaraq daşınmasına icazə verilən yük
Reyslər üzrə paylanma üçün göndərilən (alınan) baqajın çeşidləndiyi yer.
Mülki aviasiya sahəsində beynəlxalq sazişlərə uyğun olaraq «aeroportdan-aeroporta» prinsipi üzrə yazılmış və özündə hava gəmisi, onu istismar edən gəmi heyəti, uçuş marşrutu və sair məlumatları əks etdirən daşıyıcının standart sənədi.
Respublikada sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyən edir.
Azərbaycan Respublikasının ərazisində narkoloji yardımın həyata keçirilməsini əlaqələndirən həkim–narkoloq.