Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

191—200 / 1989
Azərbaycan Respublikasının və digər dövlətin sərhədlərini keçməklə, hava gəmiləri vasitəsilə yerinə yetirilən uçuşlar.
Bir dövlətin fiziki və ya hüquqi şəxsinə məxsus olan və başqa dövlətin ərazisinə müvəqqəti gətirilərək və orada qeydiyyata alınmayan nəqliyyat vasitəsinin iştirak etdiyi yol hərəkəti.
Ümumi mədəniyyətin ayrılmaz hissəsi olub, insanın sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafına yönəldilmiş sosial fəaliyyət sahələrindən biri.
İnfiltrativ surətdə böyüyən, ətraf toxumalara sirayət edərək onları dağıdan, metastaz verməyə qadir olan törəmə.
Qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və Bələdiyyələrin statusu haqqında Qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər.
Bələdiyyəyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlak.
Səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlar.
Yerli özünüidarə orqanlarında təşkilatçılıq-sərəncamçılıq funksiyalarını yerinə yetirən və dövlət qulluqçuları kateqoriyasına aid olmayan, kontrakt (əmək müqaviləsi) üzrə işləyən şəxs.
Bələdiyyə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada buraxılan qiymətli kağızlar.
Yerli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyəti.