Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

211—220 / 1989
Fərdi məlumatların informasiya ehtiyatlarının tərkibində biometrik məlumatlar olan resurslar
Biometrik informasiya ehtiyatlarının müəyyən olunmuş istiqamətlərdə toplanılması, işlənilməsi və mübadiləsi üzrə fəaliyyət
İdentifikasiya edilmiş və ya identifikasiya olunan fiziki şəxsin fizioloji xüsusiyyətlərini xarakterizə edən, onu birmənalı və ya digər məlumatlarla uzlaşdıraraq identifikasiya etməyə imkan verən (əl-barmaq və ovuc izləri, üz təsviri, gözün qüzehli və tor qişası, səs fraqmenti və onun akustik parametrləri, dezoksiribonuklein turşusu (DNT) analizinin nəticələri, bədən ölçüləri, bədənin xüsusi əlamətlərinin və qüsurlarının təsviri, yazı xətti və imzası və s.), müvafiq standartlar tətbiq olunan və maddi daşıyıcıda əks etdirilən fərdi məlumatlar
Barəsində biometrik məlumatların toplanılması, işlənilməsi və mühafizəsi həyata keçirilən identifikasiya edilmiş və ya identifikasiya olunan fiziki şəxs
İnformasiya prosesləri zamanı istifadə edilən biometrik məlumatlarla əlaqədar olan informasiya texnologiyaları
Verilmiş biometrik məlumatla biometrik informasiya ehtiyatında olan biometrik məlumatın müqayisəsi üzrə tədbirlər
İki və ya daha çox fiziki şəxsin sahibliyində olan və onlardan birinin və ya bir neçəsinin imzası ilə sərəncam verilə bilən bank hesabıdır.
Bankla borcalan arasında bağlanan müqavilə əsasında verilmiş kredit üzrə tələblər və müvafiq olaraq risklər bir və bir neçə bank arasında bölüşdürülmüş kredit.
Müqavilə razılaşması əsasında iqtisadi fəaliyyət üzərində birgə nəzarət həyata keçirən iki və ya daha çox müəssisə.
Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda hər hansı şəxsə qarşı irəli sürülmüş ittihama baxmaq və həmin ittihamın mahiyyəti üzrə hökm və ya digər yekun qərarı çıxarmaq səlahiyyətinə malik olan məhkəmə.