Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

181—190 / 1989
Respublikanın ərazisində beynəlxalq hava daşımaları yerinə yetirən hava gəmilərinin qəbulu və yola salınması üçün ayırdığı, gömrük, immiqrasiya, sanitar, karantin (heyvanlar və bitgilər daşınarkən) və analoji proseduralar həyata keçirilən hava limanı.
Beynəlxalq uçuşları təmin edən hava gəmiləri, aeroportlar, naviqasiya və rabitənin yerüstü obyektləri.
Beynəlxalq kart təşkilatlarının (Visa, Master Card və s.) üzvü olan Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və yaxud xarici banklar tərəfindən emissiya edilmiş, beynəlxalq kart təşkilatlarının loqotipini daşıyan, ölkə daxilində və ölkədən kənar əməliyyatların aparılması üçün istifadə olunan kart.
Azərbaycan Respublikasından xaricə göndərilən və Azərbaycan Respublikasına daxil olan, həmçinin respublika ərazisindən keçməklə tranzit göndərilən poçt göndərişləridir. Beynəlxalq poçt göndərişlərinə aşağıdakılar aiddir: poçt kartları (sadə və sifarişli); məktublar (sadə, sifarişli və qiyməti elan olunmuş); banderollar (sadə, sifarişli, qiymətli); kiçik paketlər (sadə və sifarişli); xüsusi M kisələri (sadə və sifarişli); beynəlxalq poçt bağlamaları (adi və qiyməti elan olunmuş); EMS göndərişləri — fiziki cəhətdən ən sürətli yolla göndərilən, tərkibi yazışmalar, sənədlər və müxtəlif mallardan ibarət olan poçt göndərişləri.
Beynəlxalq nəqliyyat vasitələri ilə birbaşa depeş mübadiləsini aparan poçt istehsalat sahəsidir. BPMM-nin funksiyasını Azərbaycan Respublikasının gömrük sərhədlərinin yaxınlığında yerləşən poçt müəssisələri yerinə yetirirlər.
Beynəlxalq poçt mübadiləsinin həyata keçirildiyi yer.
Beynəlxalq poçt göndərişlərinə gömrük nəzarətinin və rəsmiləşdirilməsinin həyata keçirildiyi poçt rabitəsi obyekti.
Dünya dövlətlərinin əksəriyyətinin qəbul və istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələr.
Terrorçular və ya terror təşkilatları tərəfindən bir neçə dövlətin ərazisində həyata keçirilən və ya bir neçə dövlətin maraqlarına zərər vura bilən, şəxs tərəfindən onun mənsub olduğu dövlətin və ya başqa bir dövlətin ərazisində hər hansı bir dövlətin vətəndaşına qarşı edilən, terrorçu və terrorçuluğa məruz qalan şəxslər eyni və ya müxtəlif dövlətlərin vətəndaşları olduqları halda, həmin dövlətlərin ərazisindən kənarda törədilən cinayətlə bağlı olan fəaliyyət.
Xarici dövlətin sərhədini keçməklə həyata keçirilən planlı və faktiki uçuş.