Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

171—180 / 1989
Dövlət baytarlıq nəzarəti funksiyasını yerinə yetirən vəzifəli şəxslər tərəfindən dövlət baytarlıq nəzarətində olan yüklərə və obyektlərə verilən baytarlıq (baytarlıq-sanitariya) rəyləri, baytarlıq arayışları, şəhadətnamə və sertifikatları.
Heyvan xəstəliklərinin öyrənilməsini, profilaktikasını, diaqnostikasını, müalicəsini və heyvanların sağlamlığının qorunmasını əhatə edən fəaliyyət sahəsi.
Malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti.
Bazar münasibətlərinin iştirakçıları olan təsərrüfat subyektləri və idarəetmə orqanları.
Müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədi ilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləği.
Frant-ofisdən alınmış məlumatlar əsasında bağlanmış əqdlər üzrə sənədlərin qeydiyyata alınmasını həyata keçirən bank bölməsi.
Pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatlardan son nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən fiziki və ya hüquqi şəxs, habelə xeyrinə əqdlərin həyata keçirildiyi hüquqi şəxsin əsl sahibi və ya müştəriyə nəzarəti həyata keçirən fiziki şəxsdir.
Seçkiləri (referendumu) müşahidə etmək hüququnu almış və xarici dövləti, xarici və ya beynəlxalq təşkilatı təmsil edən şəxs.
Yüklərin və sərnişinlərin Azərbaycan Respublikası ilə (Azərbaycan Respublikasının sərhədlərindən) digər dövlətlərdəki məntəqə arasında daşınma sayılır.
Yola düşmə və təyinat məntəqələri müvafiq olaraq iki dövlətin ərazisində, yaxud bir ölkə ərazisində olmaqla, enmə məntəqəsi digər dövlətin ərazisində nəzərdə tutulan hava daşımaları.