Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

1941—1950 / 1989
Azərbaycan Respublikasının Vergi Məcəlləsi və «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən və bələdiyyələrə ödənilən vergilər.
Büdcə təsnifatına uyğun olaraq, maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərclər.
Torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir.
On səkkiz yaşınadək olan şəxslər.
Ərzaq xammalı, qida məhsulları və əlavələri (inqredientləri), tamlı mallar qrupuna daxil edilmiş məhsullar.
İnsanların qidalılıq, bioloji və fizioloji tələbatını təmin edən, habelə müvafiq məqsədlər üçün nəzərdə tutulan və istifadə edilən yeyinti məhsullarının xüsusiyyətləri.
Yeyinti məhsullarının insanların həyatının təhlükəsizliyini və sağlamlığını təmin edən istehlak xassələrinin məcmusu.
Qida məhsullarının insan həyatı və sağlamlığı üçün təhlükəli olmamasına zəmanət verən texniki, ekoloji, sanitariya, baytarlıq və fitosanitar standartlara, norma, qayda və tələblərə uyğunluğu.
Şəxslərin hər hansı məsələni birlikdə müzakirə etmək və həmin məsələyə dair qərar qəbul etmək məqsədilə toplaşması.
Orqanizmdə yod çatışmazlığı nəticəsində qalxanabənzər vəzin funksiyalarının pozulması ilə əlaqədar yaranan patoloji vəziyyət (beyin funksiyalarının pozulması, uşaqsalma, uşağın ölü doğulması, ağıl kəmliyi, kretinizm və s.).