Terminlər lüğəti
1891—1900 / 1989
Xüsusi təbiəti mühafizə, elmi, tarix-mədəniyyət, estetik, istirahət (rekreasiya), sağlamlaşdırma və digər qiymətli əhəmiyyətə malik olan, müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları tərəfindən təsərrüfat istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən çıxarılan və üzərində xüsusi hüquqi rejim müəyyən edilən torpaqlardır.
Sağlamlıq imkanları məhdud şəxslərin pedaqoji-psixoloji, tibbi, sosial və digər xidmətləri alması üçün yaradılmış şərait.
Xüsusi şərait yaratmaqla sağlamlıq imkanları məhdud şəxslərin məktəbəqədər, ümumi və peşə-ixtisas təhsili.
Sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün ümumi təyinatlı təhsil müəssisəsində yaradılmış struktur bölmə.
Sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış təhsil müəssisəsi.
Dövlət sirri təşkil edən məlumat daşıyıcıları hazırlanmasında istifadə edilən yüksək dəqiqli geodeziya texnikası.
Dəyənəklər, əl-qolu bağlama vasitələri, xüsusi təyinatlı gözyaşardıcı qazlar, rezin güllələr, suatan vasitələr, nəqliyyatın məcburi dayandırma vasitələri və Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş digər xüsusi vasitələr.
Kənd təsərrüfatı, tikinti, səhiyyə, aerofotoçəkiliş, topoqrafik və spektrofotometrik çəkiliş, müşahidə və keşikçəkmə, axtarış və xilasetmə, hava reklamı və s. sahələrdə xüsusi xidmətləri təmin etmək üçün həyata keçirilən uçuşlar.
Meşə fondu ərazisində təbii bitən, yaxud süni yolla yaradılan və tərkibində təsərrüfat əhəmiyyətli miqdarda qiymətli meyvə, giləmeyvə və qərzəklilər olan meşələr, meşə-bağlar, bağlar və həmin cinslərin plantasiyaları.
Maddi ziyan vuran, insanların həyatına və sağlamlığına, habelə təbiətə zərər yetirən nəzarətsiz yanma.