Terminlər lüğəti
1911—1920 / 1989
İstifadə olunma xüsusiyyətləri məhdud olan, təkrar istifadəsi iqtisadi baxımdan səmərəli olmayan tullantılar.
Avtomobillərə birləşdirilmək üçün nəzərdə tutulan, bir hissəsi avtomobilə söykənərək özünün və yükün kütləsinin xeyli hissəsini onun üstünə salan hər hansı qoşqu.
Təsərrüfat subyekti (hüquqi və ya fiziki şəxs) tərəfindən təşkil edilərək ayrı-ayrı hüquqi və fiziki şəxslərə icarəyə verilmiş köşklər və ticarət yerlərindən ibarətdir.
Geniş çeşiddə ərzaq və qeyri-ərzaq mallarının pərakəndə və topdan satışı ilə məşğul olur. Alıcılara bir sıra əlavə xidmətlər göstərir.
Əhalinin yığcam məskunlaşdığı və yaşayış yeri üzrə qeydiyyatda olduğu (bundan sonra—daimi yaşadığı), onların həyat fəaliyyətinin təmin edilməsi üçün zəruri olan yaşayış və digər bina və qurğulara, xüsusi ada və qanunvericiliklə müəyyən olunmuş ərazi hüduduna malik olan Azərbaycan Respublikası ərazisinin hissəsidir (şəhər, qəsəbə, kənd).
Minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma.
Qanunvericiliklə müəyyən olunmuş qaydada mülkiyyət hüququ rəsmiləşdirilmiş fərdi yaşayış evi və ya çoxmənzilli yaşayış evində ayrıca mənzil.
Yaşayış sahəsinin mülkiyyətçisi (satıcı) və borcalan (alıcı) arasında yazılı şəkildə bağlanılan əqddir. Həmin əqdə uyğun olaraq satıcı yaşayış sahəsini alıcının mülkiyyətinə verməli, alıcı isə bu yaşayış sahəsini mülkiyyətinə qəbul etməli və yaşayış sahəsinin müqavilədə göstərilmiş qiymətini şəxsi və cəlb olunmuş vəsaitlər hesabına satıcıya ödəməlidir.
Bir və ya bir neçə şəxsin yaşaması üçün müvəqqəti, yaxud daimi istifadə edilən mülkiyyətində olan və ya icarəyə götürülmüş yer, o cümlədən ev, mənzil, bağ evi, mehmanxanada, yataqxanada otaq, onlara bilavasitə bitişik aynabəndlər, terraslar, qalereyalar, eyvanlar, ümumi istifadə üçün yerlər (onların istirahət, əmlak saxlamaq, yaxud insanların digər tələbatlarını təmin etmək üçün istifadə olunan digər tərkib hissələri), çoxmənzilli evdən başqa tikililərin zirzəmisi və çardağı, habelə dəniz gəmisinin kayutası və ya uzaq səfərdə olan qatarın kupesidir (bunlardan əlavə Cinayət-Prosessual Məcəlləsinin məqsədləri üçün yaşayış yeri anlayışı fiziki şəxsin xidməti kabinetini, ona məxsus çəpərli torpaq sahəsini, avtomobili, çay və dəniz gəmisini əhatə edir).
Şəhərlərin və digər yaşayış məntəqələrinin sərhədləri xaricində və ya onlara yaxın olan sahələrdə yerləşən, mühüm qoruyucu, sanitariya-gigiyena, sağlamlaşdırma funksiyalarını yerinə yetirən və əhalinin istirahəti üçün istifadə edilən meşələr.
Babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələrdir.