Terminlər lüğəti
1931—1940 / 1989
Sulu horizontun yeraltı suların çıxarılması üçün əlverişli şəraiti olan hissəsi.
Yer qabığının yer səthindən və ya torpaq qatından, su obyektlərinin (sututarların) dibindən aşağıda yerləşən, öyrənilməsi və istifadəsi mümkün olan dərinliklərədək uzanan süxurlardan, mineral-xammal ehtiyatlarından, enerji daşıyıcılarından (neft, qaz və s.), təbii və sün`i boşluqlardan, geoloji və texnogen törəmələrdən ibarət hissəsi.
Yer təkinin istifadəsi, öyrənilməsi, işlənməsi və mühafizəsi sahəsində münasibətlər.
Cins tərkibi itmiş və mənşəyi məlum olmayan yerli şəraitə uyğunlaşmış atlar
Bələdiyyə əhalisinin həyat fəaliyyətinin bilavasitə təmin edilməsi ilə bağlı müəyyənləşdirilən məsələlər.
Bələdiyyə torpaqlarında yerləşən və yerli ehtiyacları ödəmək üçün istifadə olunan su obyektləri.
Dövlət büdcəsində müəyyən edilən normativlər əsasında formalaşan ayrı-ayrı şəhər və rayonlar üzrə gəlir.
Azərbaycan Respublikasının vətəndaşları, təsisçisi (təsisçiləri) və ya nizamnamə fondundakı payın 50 faizindən çoxu Azərbaycan Respublikasının vətəndaşlarına məxsus olan hüquqi şəxslər.
«Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr tərəfindən müəyyənləşdirilən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlər.
Yerli əhəmiyyətli məsələlər barəsində bələdiyyə ərazisində yaşayan vətəndaşların rəyinin öyrənilməsi.