Terminlər lüğəti
811—820 / 1989
İnvestisiya fondunun əmlakının bazar qiyməti ilə onun maliyyə öhdəlikləri arasındakı fərq.
Qiymətli kağızları mülkiyyətinə əldə etmiş şəxs.
İnzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri.
İdarə etmənin, qanunçuluğun, vətəndaşların hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin dövlət hakimiyyəti orqanları tərəfindən təmin edilməsinin səmərəli təşkili məqsədilə Azərbaycan Respublikasının ərazisinin unitar dövlət kimi müəyyən hissələrə bölünməsi.
İki və daha çox kənd və ya qəsəbədən ibarət olan, hüdudlarında qanunvericiliklə nəzərdə tutulmuş qaydada yerli dövlət hakimiyyət orqanlarının yaradıldığı və fəaliyyət göstərdiyi Azərbaycan Respublikasının inzibati ərazi vahidi.
Hüdudlarında dövlət hakimiyyəti orqanlarının yaradıldığı ərazi vahididir (şəhər, rayon, inzibati ərazi dairəsi, bəzi hallarda qəsəbə və kənd).
Fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs.
Hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə maraqlı şəxsin inzibati aktdan,inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti.
Müvafiq normativ hüquqi aktlar əsasında dövlət orqanları tərəfindən öz vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar istehsal olunan məlumatlar.