Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

761—770 / 1989
Təsərrüfat əməliyyatlarını və onların aparılması üçün rəhbərliyin (sahibkarın) göstərişini təsdiq edən yazılı şəhadətnamə.
«İmmiqrasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər.
«İmmiqrasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına müvəqqəti və ya daimi yaşamağa gəlməsi.
Bir il ərzində müvafiq ölkələrdən Azərbaycan Respublikasına gəlmələrinə icazə verilən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin sayının son həddi.
Sertifikat alarkən imza sahibinin bildirdiyi və sistemin işi zamanı onun barəsində toplanılan məlumatlar.
Bu və ya digər namizədin seçkilər zamanı dəstəklənməsinə yönəldilən və ya referendumqabağı təşviqatda iştirak məqsədi ilə referendum üzrə təşviqat qrupunda üzvlük haqqında seçicilərin imzaları olan siyahılar.
Tarixi və estetik dəyəri olan bədii, təsviri, dekorativ-tətbiqi sənət nümunələri.
Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir.
Vekseldən irəli gələn bütün hüquqları sonuncu vekselsaxlayandan növbəti saxlayana ötürən vekseldə aparılan ötürücü yazı.
Vekseldə ötürücü yazını (indossamenti) yazan şəxs.