Terminlər lüğəti
751—760 / 1989
-Hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır.
-İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir.
-İdarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir.
-İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür.
-Dövlət idarələrinin və digər idarələrin ayrı-ayrı növlərinin hüquqi vəziyyətinin xüsusiyyətləri qanunvericiliklə müəyyənləşdirilir.
Heyvanların və heyvandarlıq müəssisələrinin, heyvan mənşəli məhsulların emalı, saxlanması və satışı obyektlərinin, həmçinin heyvanlar üçün yem və baytarlıq təyinatlı bioloji preparatlar istehsalçılarının uçota alınması (kodlaşdırılması).
Müxtəlif fiziki hərəkətlər kompleksi vasitəsilə sistematik olaraq şəxsin fiziki hazırlığının təkmilləşdirilməsinə, mübariz və mənəvi keyfiyyətlərinin formalaşmasına, yarışlarda nəticələr göstərilməsinə yönəldilmiş fiziki tərbiyənin tərkib hissəsi.
Müvafiq idman növü üzrə klubların və komandaların könüllü üzvlüyü əsasında yaradılan, həmin idman növünün respublikada inkişafını təmin edən, müvafiq beynəlxalq idman federasiyasının nizamnaməsi və onun müəyyən etdiyi qaydalara və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən ictimai birlik.
İdman yarışlarında istifadə üçün nəzərdə tutulmuş odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silah.
Rol oynayan, oxuyan, qiraət edən, deklamasiya deyən, musiqi aləti çalan və ya ədəbiyyat və incəsənət əsərlərini başqa şəkildə (o cümlədən estrada, sirk və ya kukla teatrı nömrələri) ifa edən aktyor, müğənni, musiqiçi, rəqqas və ya digər şəxs.
Mülki məqsədlər üçün istifadə edilən, lakin kütləvi qırğın silahları və onların çatdırılma (daşınma) vasitələrinin, digər silah növlərinin, hərbi texnikanın, sursatın yaradılmasında və hazırlanmasında da istifadə edilə bilən mallar (işlər, xidmətlər).
İnformasiya-kommunikasiya texnologiyaları.
Əmək fəaliyyətinə ilk dəfə başlamaq istəyən və əvvəllər işləməyən əmək qabiliyyətli şəxslər.
Alınması , quraşdırılması və başqa analoji xərcləri də daxil etməklə əmlakın, obyektin əldə edilməsinə çəkilən faktiki məsrəflərdir.