Terminlər lüğəti
831—840 / 1989
Qanuni sahibinə ipoteka müqaviləsində göstərilən, əmlakın ipotekası ilə təmin edilən başqa sübut və dəlillər təqdim etmədən pul və başqa öhdəliklərin mövcudluğunu və bu öhdəliklər üzrə icranın tələb edilməsi hüququnu və əmlakın ipotekası haqqında müqavilədə göstərilən girov hüququnu təsdiq edən adlı qiymətli kağızdır.
Azərbaycan Respublikasının iqtisadi siyasəti baxımından müəyyən edilən və özündə kvotalaşdırma, lisenziyalaşdırma, limitləşdirmə, minimum və maksimum qiymətlərin müəyyən edilməsi, həmçinin Azərbaycan iqtisadiyyatının dünya təsərrüfatı ilə qarşılıqlı əlaqələrini tənzimləyən digər tədbirləri cəmləşdirə bilən, malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından aparılması üzrə stimullaşdırıcı və məhdudlaşdırıcı tədbirlər sistemi.
Təbii su çatışmazlığı olan torpaqlarda əkinlərə suyun mühəndis-texniki və digər tədbirlərin aparılması yolu ilə verilməsi.
Suların su obyektlərindən götürülməsini, nəql edilməsini, paylanmasını və bitkilərin suvarılmasını təmin edən hidrotexniki və digər qurğular və tikililər kompleksi, habelə qoruyucu meşə əkinləri.
Nəsildən nəsilə irsən keçən qan sisteminin müxtəlif xəstəlikləri.
nəsildən nəsilə irsən keçən qan sisteminin müxtəlif xəstəlikləri
Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.
İnteqral sxem elementlərinin və elementlərarası əlaqələr məcmusunun altlıqla əks olunmuş fəzavi-həndəsi yerləşdirilməsi.
Müəllif, onun vərəsəsi, eləcə də qanunla, yaxud müqavilə əsasında müstəsna əmlak hüquqlarını almış hüquqi və ya fiziki şəxs.
İşəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.