Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

961—970 / 1989
Zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan hərəkətlər.
Əldə olunması, işlənməsi, verilməsi və ya istifadəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılmayan və ümumi istifadə üçün təyin olunmuş sənədləşdirilmiş informasiya.
Dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları.
Dövri mətbu nəşrlərin, teleradio proqramlarının, audio və ya videoyazıların satılması və ya paylanması, teleradio proqramlarının yayımı, kinoxronika proqramlarının nümayişi.
Mətbu nəşrin bir nömrəsinin tirajı, yaxud onun bir hissəsi, teleradio, kinoxronika proqramlarının ayrıca buraxılışı, proqramın audio və ya videoyazısının tirajı, yaxud tirajının bir hissəsi.
Əsərin, ifanın yayım təşkilatının verilişinin orijinalının və ya bir nüsxəsinin bilavasitə, yaxud plyonkanın, slaydın, kadrın, yaxud başqa qurğuların və ya proseslərin köməyi ilə (efirlə və ya kabellə vermə istisna olmaqla) ekranda elə tərzdə nümayiş etdirilməsidir ki, ailə dairəsində və ya ailənin yaxın tanışları sırasına daxil olmayan şəxslər tərəfindən qavranıla bilsin. Audiovizual əsərin ayrı-ayrı təsvirlərinin ardıcıl olmayan nümayişi də onun kütləvi nümayişi sayılır.
Nüvə, kimyəvi, bakterioloji (bioloji) və toksin silahı.
Müəyyən dövlətlərə və ya dövlətlər qrupuna idxal və ya ixrac olunan mallara dəyər və kəmiyyət hədlərinin tətbiq edilməsi.
Laboratoriya müayinələrinin aparılması vasitəsilə toxumun sortluq təmizliyinin və onun müəyyən sorta mənsub olmasının təyin edilməsi.
Memarlıq obyekti layihəsinin hazırlanması üçün sifarişçi tərəfindən memara verilən və memarlıq-planlaşdırma tapşırıqları nəzərə alınmaqla tərtib edilən müqavilə sənədi.