Terminlər lüğəti

Hərfə görə axtarış:   
Sözə görə cəld axtarış:             

951—960 / 1989
Borcalanın (birgə borcalanın) ipoteka kreditini qaytarmaq qabiliyyətinin, habelə ipoteka qoyulan əmlakın dəyərinin və vəziyyətinin qiymətləndirilməsi prosesi.
Hüquqi şəxs ləğv edilərkən onun kreditorlarının tələbləri aşağıdakı növbə ilə ödənilir: -birinci növbədə ləğv edilən hüquqi şəxsin əmlakının girov qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə kreditorların tələbləri ödənilir; -ikinci növbədə müvafiq vədəli ödənişlərin kapitallaşdırılması yolu ilə o fiziki şəxslərin tələbləri ödənilir ki, ləğv edilən hüquqi şəxs onların qarşısında həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyət daşıyır; -üçüncü növbədə işdənçıxma müavinətlərinin verilməsi və əmək müqaviləsi üzrə işləyən şəxslərin əməyinin ödənilməsi üzrə, müəlliflik müqavilələrinə əsasən haqların ödənilməsi üzrə hesablaşmalar aparılır; -dördüncü növbədə büdcəyə məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları üzrə borc ödənilir; -beşinci növbədə qalan kreditorlar ilə hesablaşmalar aparılır. -Hər növbənin tələbləri əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. -Ləğvetmə komissiyası kreditorun tələblərini ödəməkdən imtina etdikdə və ya onlara baxmaqdan boyun qaçırdıqda kreditorun ixtiyarı var ki, hüquqi şəxsin ləğvetmə balansı təsdiq edilənədək ləğvetmə komissiyasına qarşı iddia ilə məhkəməyə müraciət etsin. -Ləğvetmə komissiyasının tələblər irəli sürülməsi üçün müəyyənləşdirdiyi müddət qurtardıqdan sonra kreditorun bildirdiyi tələblər kreditorların vaxtında bildirdikləri tələblər ödənildikdən sonra ləğv edilən hüquqi şəxsin qalan əmlakından ödənilir. -Ləğv edilən hüquqi şəxsin kreditorlarının ləğvetmə komissiyası tərəfindən qəbul edilməmiş tələbləri kreditorun iddia ilə məhkəməyə müraciət etmədiyi hallarda, habelə məhkəmə qərarı ilə kreditora ödənilməsindən imtina edilmiş tələbləri ödənilmiş sayılır.
Müəyyən marşrutla hərəkət edən bir qrup şəxsin ictimai və dövlət həyatı ilə bağlı məsələlərə dair fikirlərinin ifadəsi.
Emissiya şərtlərinə görə sahiblərinə ödənilməyən (verilməyən) dividendləri daim toplanan və qeyri—kumulyativ müddətsiz imtiyazlı və adi səhmlərin dividendləri ödənilməzdən əvvəl ödənilən, habelə emitentə dividendlərin ödənilməsi vaxtının müəyyən müddətə təxirə salınması hüququ verən səhmlərdir.
Təbii müalicə ehtiyatlarına malik olan, müalicə-sağlamlıq müəssisələri, qurğuları və turizm infrastrukturu obyektləri yerləşən xüsusi mühafizə olunan təbiət ərazisi
Təbii müalicə ehtiyatlarından istifadə əsasında xəstəliklərin müalicəsi, profilaktikası və istirahətin təşkili üzrə həyata keçirilən elmi-praktiki fəaliyyət növlərinin məcmusu
Sağlamlıq ocaqlarının və istirahət yerlərinin ətrafındakı təbii amillərin qorunmasını və yaxşılaşdırılmasını təmin edən, ətraf mühitin çirklənməsinin və vaxtından əvvəl sıradan çıxmasının qarşısını alan, əhalinin müalicəsi üçün əlverişli mikroiqlim şəraiti yaradan meşə sahələridir.
Eyni kuryer tərəfindən poçt göndərişinin qəbul edilərək ünvan sahibinə çatdırılması.
Əsərlərin və əlaqəli hüquqların obyektlərinin efirlə və kabellə (naqil və ya naqilsiz rabitə vasitələri ilə) hər hansı bildirişi, həmçinin bu obyektlərin faktiki qavranılmasından asılı olmayaraq, əhali tərəfindən əldə olunmasını təmin etmək məqsədi ilə onların hər hansı üsulla kütləyə çatdırılması (əsərin nüsxələrinin yayılması istisna olmaqla)
Əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatlarının verilişlərinin həm canlı ifada, həm də müxtəlif texniki vasitələrin və proseslərin köməyi ilə (efirlə və ya kabellə vermə istisna olmaqla) deklamasiya, oyun, oxu və başqa üsulla elə tərzdə təqdim edilməsidir ki, ailə dairəsinə və ya ailənin yaxın tanışları sırasına daxil olmayan şəxslər tərəfindən qavranıla bilsin