Terminlər lüğəti
941—950 / 1989
Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır.
Bir yaşınadək uşaq.
Mülkiyyətçinin müəyyən etdiyi və ya iştirakçılar arasında müqavilə ilə razılaşdırılmış məhdud saylı istifadəçiləri olan informasiya sistemi.
Vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.
Qiymətli kağızlarının alınması, yaxud da satılması üçün hərrac iştirakçısının təklif etdiyi qiymət.
Listinq prosedurasını keçmiş qiymətli kağızların (qiyməti və rekvizitləri də göstərilməklə) siyahısı.
Mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatı.
Kart sahibinə bank krediti hesabına mal, iş və xidmətlərə görə hesablaşmaların həyata keçirilməsi və nağd pul şəklində vəsaitlərin alınmasını təmin edən plastik kartlardır. Kredit kartları üçün müəyyən limitlər müəyyənləşdirilir. Açılmış hesab üzrə vəsaitin limiti kart sahibinin vəsait xərclənməsi üçün ona açılmış kredit xəttinin həcmi ilə əlaqədar olur. Kredit birdəfəlik, həmçinin bərpa olunan ola bilər. Bank və kart sahibi arasındakı müqavilədən asılı olaraq kredit xəttinin bütün məbləği və ya bir hissəsi ödənildikdən sonra bərpa edilir.
Borclunun banka olan öhdəliklərini yerinə yetirə bilməməsi ehtimalı.
Bankın balansdankənar öhdəliklərinin balans aktivlərinin dəyərinə çevrilməsinə imkan verən göstərici.