О создании Комиссии по вопросам гражданства при Президенте Азербайджанской Республики


Дата релиза: 08.05.2012

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında

Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlıq Məsələləri Komissiyasının
yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndində nəzərdə tutulan səlahiyyətlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında aşağıdakı tərkibdə Vətəndaşlıq Məsələləri Komissiyası yaradılsın:

Komissiyanın sədri:
Mehdiyev Ramiz Ənvər oğlu

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri.
Komissiya sədrinin müavini:
Cuvarlinski Arif Novruz oğlu

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Vətəndaşlıq və təltif məsələləri sektorunun müdiri.
Komissiyanın üzvləri:
Məmmədov Novruz İsmayıl oğlu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri;
Əliyev Şahin Məhərrəm oğlu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri;
İsmayılov Süleyman Abbas oğlu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri;
Ələsgərov Fuad Murtuz oğlu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri;
Abbasov Namiq Rəşid oğlu Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri
Məmmədyarov Elmar Məhərrəm oğlu Azərbaycan Respublikasının xarici işlər naziri
Usubov Ramil İdris oğlu Azərbaycan Respublikasının daxili işlər naziri
Mahmudov Eldar Əhməd oğlu

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri
Nəbiyev Firudin Hilal oğlu

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
Komissiyanın katibi:
Osmanov Ramil Məhəmməd oğlu

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Miqrasiya və vətəndaşlıq məsələləri sektorunun müdiri.

2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası və Azərbaycan Respublikasının Prezidenti tərəfindən baxılmaq üçün materialların hazırlanması Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Miqrasiya və vətəndaşlıq məsələləri sektoruna həvalə edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında» 1991-ci il 13 aprel tarixli 20 nömrəli və 1992-ci il 15 iyul tarixli 30 nömrəli sərəncamları qüvvədən düşmüş hesab edilsin.

4. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 12 mart 1999-cu il

№ 106

«Azərbaycan» qəzetində dərc edilmişdir (13 mart 1999-cu il, № 57) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc olunmuşdur (31 mart 1999-cu il, № 3, maddə 174) («LegalActs» LLC).

28 yanvar 2002-ci il tarixli, 874 nömrəli; 23 aprel 2004-cü il tarixli, 201 nömrəli; 28 iyul 2004-cü il tarixli, 324 nömrəli; 4 avqust 2005-ci il tarixli, 940 nömrəli; 13 dekabr 2007-ci il tarixli, 2531 nömrəli; 6 fevral 2009-cu il tarixli, 135 nömrəli; 8 may 2012-ci il tarixli, 2220 nömrəli Sərəncamlara əsasən əlavələr və dəyişikliklərlə («LegalActs» LLC).

© LegalActs LLC