О создании Комиссии по вопросам гражданства при Президенте Азербайджанской Республики
«Azərbaycan» qəzetində dərc edilmişdir (13 mart 1999-cu il, № 57) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc olunmuşdur (31 mart 1999-cu il, № 3, maddə 174)
Дата релиза: 13.12.2007
Azərbaycan Respublikasının Prezidenti
yanında
Vətəndaşlıq Məsələləri Komissiyasının
yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndində nəzərdə tutulan səlahiyyətlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Prezidenti yanında aşağıdakı tərkibdə Vətəndaşlıq Məsələləri Komissiyası yaradılsın:
Komissiyanın sədri: | ||
Mehdiyev Ramiz Ənvər oğlu |
— |
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri. |
|
||
Komissiyanın üzvləri: | ||
Məmmədov Novruz İsmayıl oğlu | — | Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Xarici əlaqələr şöbəsinin müdiri; |
Əliyev Şahin Məhərrəm oğlu | — | Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri; |
İsmayılov Süleyman Abbas oğlu | — | Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ümumi şöbəsinin müdiri; |
Ələsgərov Fuad Murtuz oğlu | — | Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri; |
Məmmədyarov Elmar Məhərrəm oğlu | — | Azərbaycan Respublikasının xarici işlər naziri |
Usubov Ramil İdris oğlu | — | Azərbaycan Respublikasının daxili işlər naziri |
Mahmudov Eldar Əhməd oğlu |
— |
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri |
Rəhimov Arzu Yusif oğlu |
— |
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi |
Komissiyanın katibi: | ||
Rəsulova Gülnar Akif qızı |
— |
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Vətəndaşlıq məsələləri sektorunun müdiri |
2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası və Azərbaycan Respublikasının Prezidenti tərəfindən baxılmaq üçün materialların hazırlanması Vətəndaşlıq və təltif məsələləri sektoruna həvalə edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında» 1991-ci il 13 aprel tarixli 20 nömrəli və 1992-ci il 15 iyul tarixli 30 nömrəli sərəncamları qüvvədən düşmüş hesab edilsin.
4. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 12 mart 1999-cu il
№ 106
«Azərbaycan» qəzetində dərc edilmişdir (13 mart 1999-cu il, № 57) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc olunmuşdur (31 mart 1999-cu il, № 3, maddə 174) («LegalActs» LLC).
28 yanvar 2002-ci il tarixli, 874 nömrəli; 23 aprel 2004-cü il tarixli, 201 nömrəli; 28 iyul 2004-cü il tarixli, 324 nömrəli; 4 avqust 2005-ci il tarixli, 940 nömrəli; 13 dekabr 2007-ci il tarixli, 2531 nömrəli sərəncamlara əsasən əlavələr və dəyişikliklərlə («LegalActs» LLC).
© LegalActs LLC