О создании Комиссии по вопросам гражданства при Президенте Азербайджанской Республики


Дата релиза: 24.06.2022

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında

Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlıq Məsələləri Komissiyasının
yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndində nəzərdə tutulan səlahiyyətlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında aşağıdakı tərkibdə Vətəndaşlıq Məsələləri Komissiyası yaradılsın:

Komissiyanın sədri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Azərbaycan Respublikasının Daxili İşlər naziri

Azərbaycan Respublikasının Xarici İşlər naziri

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi

Komissiyanın katibi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Miqrasiya və vətəndaşlıq məsələləri sektorunun müdiri.

2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası və Azərbaycan Respublikasının Prezidenti tərəfindən baxılmaq üçün materialların hazırlanması Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin Miqrasiya və vətəndaşlıq məsələləri sektoruna həvalə edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında» 1991-ci il 13 aprel tarixli 20 nömrəli və 1992-ci il 15 iyul tarixli 30 nömrəli sərəncamları qüvvədən düşmüş hesab edilsin.

4. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 12 mart 1999-cu il

№ 106

«Azərbaycan» qəzetində dərc edilmişdir (13 mart 1999-cu il, № 57) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc olunmuşdur (31 mart 1999-cu il, № 3, maddə 174) («LegalActs» LLC).

28 yanvar 2002-ci il tarixli, 874 nömrəli; 23 aprel 2004-cü il tarixli, 201 nömrəli; 28 iyul 2004-cü il tarixli, 324 nömrəli; 4 avqust 2005-ci il tarixli, 940 nömrəli; 13 dekabr 2007-ci il tarixli, 2531 nömrəli; 6 fevral 2009-cu il tarixli, 135 nömrəli; 8 may 2012-ci il tarixli, 2220 nömrəli; 16 dekabr 2016-cı il tarixli; 18 iyul 2018-ci il tarixli, 351 nömrəli; 1 noyabr 2015-ci il tarixli, 671 nömrəli; 16 yanvar 2020-ci il tarixli, 1768 nömrəli; 24 iyun 2022-ci il tarixli, __ nömrəli Sərəncamlara və Fərmanlara əsasən əlavələr və dəyişikliklərlə («LegalActs» LLC).

© LegalActs LLC