On setting up a State Commission for perpetuation of the memory of Heydar Aliyev Alirza


«Azərbaycan» qəzetində dərc edilmişdir (27 dekabr 2003-cü il, № 299)

Release date: 26.12.2003

Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi üzrə Dövlət Komissiyasının yaradılması haqqında

Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi üzrə Dövlət Komissiyasının yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərini və Azərbaycan Respublikası Milli Məclisinin, ölkə vətəndaşlarının, beynəlxalq qurumların çoxsaylı müraciətlərini nəzərə alaraq qərara alıram:

1. Heydər Əlirza oğlu Əliyevin xatirəsini əbədiləşdirmək üçün Dövlət Komissiyası yaradılsın:

Dövlət Komissiyasının sədri:

İlham Əliyev

Azərbaycan Respublikasının prezidenti

Dövlət Komissiyasının üzvləri:

Murtuz Ələsgərov

Azərbaycan Respublikası Milli Məclisinin sədri

Artur Rasizadə

Azərbaycan Respublikasının baş naziri

Ramiz Mehdiyev

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri

Vasif Talıbov

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri

Mahmud Kərimov

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

Hacıbala Abutalıbov

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Fatma Abdullazadə

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri

Polad Bülbüloğlu

Azərbaycan Respublikasının mədəniyyət naziri

Tahir Salahov

xalq rəssamı, akademik

Ömər Eldarov

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, akademik

Anar Rzayev

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı

Vasif Adıgözəlov

Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi, xalq artisti

Fərhad Xəlilov

Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı

Rasim Əfəndiyev

-Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun direktoru, akademik

Hafiz Əmirxanov

Azərbaycan Memarlar İttifaqının birinci vitse-prezidenti, əməkdar memar

2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bütün müraciətləri nəzərdən keçirərək ümumiləşdirsin və bir ay müddətində Dövlət Komissiyasına təqdim etsin.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 26 dekabr 2003-cü il

№ 51

«Azərbaycan» qəzetində dərc edilmişdir (27 dekabr 2003-cü il, № 299) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2003-cü il, № 12, II kitab, maddə 739) («LegalActs» LLC).

© LegalActs LLC