О создании Государственной комиссии по увековечению памяти Гейдара Алирза оглы Алиева
«Azərbaycan» qəzetində dərc edilmişdir (27 dekabr 2003-cü il, № 299)
Дата релиза: 26.12.2003Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi üzrə Dövlət Komissiyasının yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərini və Azərbaycan Respublikası Milli Məclisinin, ölkə vətəndaşlarının, beynəlxalq qurumların çoxsaylı müraciətlərini nəzərə alaraq qərara alıram:
1. Heydər Əlirza oğlu Əliyevin xatirəsini əbədiləşdirmək üçün Dövlət Komissiyası yaradılsın:
Dövlət Komissiyasının sədri: |
||
İlham Əliyev |
— |
Azərbaycan Respublikasının prezidenti |
Dövlət Komissiyasının üzvləri: |
||
Murtuz Ələsgərov |
— |
Azərbaycan Respublikası Milli Məclisinin sədri |
Artur Rasizadə |
— |
Azərbaycan Respublikasının baş naziri |
Ramiz Mehdiyev |
— |
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri |
Vasif Talıbov |
— |
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri |
Mahmud Kərimov |
— |
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik |
Hacıbala Abutalıbov |
— |
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı |
Fatma Abdullazadə |
— |
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri |
Polad Bülbüloğlu |
— |
Azərbaycan Respublikasının mədəniyyət naziri |
Tahir Salahov |
— |
xalq rəssamı, akademik |
Ömər Eldarov |
— |
Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, akademik |
Anar Rzayev |
— |
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı |
Vasif Adıgözəlov |
— |
Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi, xalq artisti |
Fərhad Xəlilov |
— |
Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı |
Rasim Əfəndiyev |
— |
-Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun direktoru, akademik |
Hafiz Əmirxanov |
— |
Azərbaycan Memarlar İttifaqının birinci vitse-prezidenti, əməkdar memar |
2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bütün müraciətləri nəzərdən keçirərək ümumiləşdirsin və bir ay müddətində Dövlət Komissiyasına təqdim etsin.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 26 dekabr 2003-cü il
№ 51
«Azərbaycan» qəzetində dərc edilmişdir (27 dekabr 2003-cü il, № 299) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2003-cü il, № 12, II kitab, maddə 739) («LegalActs» LLC).
© LegalActs LLC