Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında
«Azərbaycan» qəzetində dərc edilmişdir (11 oktyabr 2002-ci il, № 235) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 594)
Relizin Tarixi: 10.10.2002Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafına dövlət qayğısının artırılması məqsədi ilə qərara alıram:
1. Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası prezidentinin hərəsi ayda iki milyon manat məbləğində xüsusi olimpiya təqaüdləri təsis edilsin. Xüsusi olimpiya təqaüdü Azərbaycan Respublikası prezidentinin qərarı ilə müəyyən olunur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 10 oktyabr 2002-ci il
№ 798
«Azərbaycan» qəzetində dərc edilmişdir (11 oktyabr 2002-ci il, № 235) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 594) («LegalActs» LLC).
© LegalActs LLC