Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında

Relizin Tarixi: 23.12.2016

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafına dövlət qayğısının artırılması məqsədi ilə qərara alıram:

1. Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası prezidentinin hərəsi ayda 1300 (min üç yüz) manat məbləğində xüsusi olimpiya təqaüdləri təsis edilsin. Xüsusi olimpiya təqaüdü Azərbaycan Respublikası prezidentinin qərarı ilə müəyyən olunur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 10 oktyabr 2002-ci il

№ 798

«Azərbaycan» qəzetində dərc edilmişdir (11 oktyabr 2002-ci il, № 235) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 594) («LegalActs» LLC).

15 may 2006-cı il tarixli, 405 nömrəli; 18 yanvar 2008-ci il tarixli, 701 nömrəli; 4 sentyabr 2008-ci il tarixli, 821 nömrəli; 23 dekabr 2016-cı il tarixli fərmanlara əsasən dəyişikliklə («LegalActs» LLC).

© LegalActs LLC