Azərbaycan Respublikasında 2002—2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının təsdiq olunması haqqında
«Azərbaycan» qəzetində dərc edilmişdir (29 avqust 2002-ci il, № 199). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 528)
Relizin Tarixi: 07.02.2005Azərbaycan Respublikasında 2002—2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının təsdiq olunması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Ölkədə turizmi inkişaf etdirmək və turizm ehtiyatlarından səmərəli istifadə etmək məqsədi ilə qərara alıram:
1. «Azərbaycan Respublikasında 2002—2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı» təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 27 avqust 2002-ci il.
№ 1029.
«Azərbaycan» qəzetində dərc edilmişdir (29 avqust 2002-ci il, № 199) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 528) («LegalActs» LLC).
7 fevral 2005-ci il tarixli, 193 nömrəli fərmana əsasən əlavələr və dəyişikliklərlə («LegalActs» LLC).
Azərbaycan
Respublikası Prezidentinin
2002-ci il 27 avqust tarixli
1029 nömrəli Sərəncamı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikasında 2002—2005-ci
illərdə turizmin inkişafına dair
Dövlət Proqramı
Nadir təbii-iqlim şəraiti olan Azərbaycan Respublikasında planetin 11 iqlim qurşağından 9-u mövcuddur. Ölkənin fauna və flora aləmi müxtəlif və zəngindir. Azərbaycanda 12 təbii və tarixi qoruq, 17 müvəqqəti qoruq və ovçuluq təsərrüfatı vardır. Xəzər dənizi boyunca 7 istirahət zonası yerləşir. Ölkə ərazisində 6 mindən artıq memarlıq və mədəniyyət abidələri qorunub saxlanılır. Ölkənin təbii, mədəni və tarixi irsi onun beynəlxalq turizm bazarına daxil olmasına real zəmin yaradır.
Azərbaycan Respublikasında turizmin inkişafında Bakı şəhəri mühüm yer tutur. Əcnəbilərin 90%-dən çoxu ölkə paytaxtına gəlirlər. Neft kontraktlarının işə düşməsi ölkəyə gələn xarici iş adamlarının axınının artmasına şərait yaratmışdır. Bakıda zəngin memarlıq abidələri, çoxlu muzey, teatr, müasir və tarixi binalar, dini obyektlər xarici ölkələrdən gələn turistlərin diqqətini cəlb edir. Hazırda Bakıda 50 turizm agentliyi, 10 mehmanxana vardır. Son vaxtlar Bakıda ictimai iaşə müəssisələrinin sayı xeyli artmışdır. «Makdonalds», «Pizza-Hat», «Patio-pizza» kimi xarici firmaların restoranları, Türkiyə, İtaliya, Çin və başqa ölkələrin mətbəxləri yaradılmışdır.
Ölkədə, xüsusilə Bakı şəhərində beynəlxalq standartlara cavab verən mehmanxanaların, ayrı-ayrı rayonlarda kempinqlərin, motellərin, digər turizm obyektlərinin tikintisi, ölkəyə gələn və xarici ölkələrə gedən turistlərin, habelə fəaliyyət göstərən turizm təşkilatlarının sayının artması bu sahənin inkişafına xüsusi diqqət yetirilməsini, onun maddi-texniki bazasının möhkəmləndirilməsini zəruri edir.
1. Proqramın məqsədi və vəzifələri
Azərbaycan Respublikasında 2002—2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının əsas məqsədi «Turizm haqqında» Qanunda, habelə digər müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun olaraq turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkənin sosial-iqtisadi inkişafını təmin edən vasitələrdən biri kimi turizm resurslarından səmərəli istifadə olunmasını təmin etməkdən ibarətdir.
Proqramın əsas vəzifələri aşağıdakılardır:
- ölkənin turizm potensialından səmərəli istifadə etməklə Azərbaycan Respublikasında turizmin inkişafına nail olmaq;
- turizm sahəsində sahibkarlığı, ilk növbədə kiçik və orta sahibkarlığı inkişaf etdirmək;
- rəqabətə davamlı turizm bazarı yaratmaq;
- turizmdən dövlət və yerli büdcələrə daxil olan vəsaitin həcmini artırmaq;
- turistlərə xidmətin keyfiyyətinin yüksəldilməsini, onun beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin etmək;
- turizm infrastrukturunu, onun maddi-texniki bazasını möhkəmləndirmək;
- turizm fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsini həyata keçirmək;
- xarici investorları turizm sahəsinə cəlb etmək;
- turist müəssisələrinin beynəlxalq turizm proqramlarında iştirakı üçün əlverişli şərait yaratmaq.
2. Azərbaycan Respublikasında turizmin inkişafının əsas istiqamətləri
2002—2005-ci illərdə ölkədə turizmin inkişafını aşağıdakı əsas istiqamətlərdə həyata keçirmək nəzərdə tutulur:
- turizm ehtiyatlarının öyrənilməsi və onların genişləndirilməsi;
- turistlərin istirahəti, onların tələbatının ödənilməsi üçün zəruri olan xidmətlərin, ekskursiya və digər mədəni tədbirlərin çeşidinin genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması;
- mehmanxanaların və digər turizm obyektlərinin tikintisinin genişləndirilməsi, turizm marşrutlarının artırılması;
- milli adət-ənənələri, Azərbaycan xalqının tarixi-mədəni irsini, ayrı-ayrı regionların və şəhərlərin tarixini əks etdirən materialların nəşr etdirilməsi və yayılması;
- milli sənətkarlıq və suvenir məhsullarının istehsalının və satışının genişləndirilməsi;
- Azərbaycanı turizm biznesi üçün əlverişli şəraiti olan ölkə kimi dünyada tanıtmaq məqsədilə reklam-təbliğat və məlumat-sorğu fəaliyyətinin canlandırılması;
- Turizm inkişafı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi.
3. Gözlənilən nəticələr
Proqramda yerinə yetirilməsi nəzərdə tutulan tədbirlər aşağıdakı nəticələri əldə etməyə imkan verəcəkdir:
- fəaliyyət göstərən turizm obyektlərinin müasir tələblərə uyğun qurmaq;
- beynəlxalq və daxili bazarda ölkənin rəqabət qabiliyyətini artıra bilən turizm infrastrukturu yaratmaq;
- ölkə ərazisində turizm zonalarının və turist marşrutlarının müəyyən olunmasını təmin etmək;
- turizm xidməti üzrə mütərəqqi üsulların və standartların hazırlanmasına və tətbiq edilməsinə nail olmaq;
- turizm ehtiyatlarının qorunmasını təmin etmək və bu ehtiyatlardan istifadənin səmərəliliyini artırmaq.
Azərbaycan Respublikasında 2002—2005-ci
illərdə turizmin inkişafına dair Dövlət
Proqramının həyata keçirilməsi
Tədbirləri
№№ |
Tədbirlər |
İcraçılar |
İcra müddəti |
1. |
Normativ hüquqi bazanın təkmilləşdirilməsi | ||
1.1. |
Turizmlə bağlı normativ hüquqi aktların layihələrinin hazırlanması | Nazirlər Kabineti, Gənclər, İdman və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi |
2002—2005-ci illər |
1.2. |
«Daxili turizmin inkişafına dair tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsinin hazırlanması | Nazirlər Kabineti, Gənclər, İdman və Turizm Nazirliyi |
2002-ci il |
1.3. |
Turistlərin gediş-gəlişi zamanı rəsmiləşdirmə (viza, gömrük və s.) qaydalarının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması | Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Gömrük Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi |
2002-ci il |
1.4. |
Tarix, mədəniyyət və təbiət abidələrinin, habelə turizm infrastrukturuna daxil olan turist komplekslərinin, mehmanxanalarının və s. obyektlərin mühafizəsinin gücləndirilməsi | Daxili İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
mütəmadi |
1.5. |
Turizmin inkişafına dair ölkə və dövlətlərarası məqsədli proqramların, sahə və ərazi proqramların layihələri üzrə təkliflərin hazırlanması | Nazirlər Kabineti, Gənclər, İdman və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Milli Elmlər Akademiyası |
2002—2004-cü illər |
1.6. |
Turistlərin təhlükəsizliyini təmin edən turizm-səyahət xidmətlərinin göstərilməsi qaydalarının hazırlanması | Gənclər, İdman və Turizm Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi |
2003-cü il |
1.7. |
Turizm məhsullarının standartlaşdırılması və sertifikatlaşdırılmasının normativ bazasının yaradılması | Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Gənclər, İdman və Turizm Nazirliyi |
2002—2003-cü illər |
1.8. |
Turizm yollayışının vahid nümunəvi formasının hazırlanması və təsdiq edilməsi | Gənclər, İdman və Turizm Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
2002-ci il |
1.9. |
Turizm sahəsində xarici ölkələrlə əməkdaşlıq haqqında hökumətlər və idarələrarası saziş layihələrinin hazırlanması | Xarici İşlər Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi |
2002—2004-cü illər |
1.10. |
Turizm sahəsində təhlükəsizliyin təmin olunmasına dair kompleks tədbirlər sisteminin hazırlanması | Gənclər, İdman və Turizm Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi |
2002-ci il |
2. |
Turizm fəaliyyətinin təşkili və turizmin inkişafının idarə oluması | ||
2.1. |
Turizm xidmətlərinin standartlaşdırılması və sertifikatlaşdırılmasına dair kompleks tədbirlərin görülməsi | Gənclər, İdman və Turizm Nazirliyi, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi |
2002-ci il |
2.2. |
Turizm sahəsində istehlakçıların hüquqlarının qorunmasına dair tədbirlərin görülməsi | İqtisadi İnkişaf Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi |
2002—2004-cü illər |
2.3. |
Ümumndünya Turizm Təşkilatının (ÜTT) tövsiyələrini və BMT Statistik Komissiyasının qərarlarını nəzərə alaraq turizm sahəsində statistik sistemin dünya standartlarına uyğunlaşdırılması, turizmin bütün sahələrini əhatə edən yeni statistika sisteminin yaradılması və təkmilləşdirilməsi | Dövlət Statistika Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Turizm Sənayesinin İnkişafı İttifaqı, Xarici İşlər Nazirliyi |
2002—2004-cü illər |
2.4. |
Beynəlxalq turizm sərgilərinin və turizmin investisiya layihələri sərgilərinin təşkilində və keçirilməsində iştirak etmək, vahid milli stendin yaradılması, beynəlxalq əməkdaşlıq, Azərbaycan ərazisində turizm sərgilərinin təşkili və keçirilməsini təmin etmək | Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Turizm Sənayesinin İnkişafı İttifaqı, Ticarət-Sənaye Palatası, Xarici İşlər Nazirliyi |
2002—2005-ci illər |
2.5. |
Turizmin inkişafı problemləri ilə bağlı ölkə və beynəlxalq elmi-praktiki konfransların keçirilməsi | Gənclər, İdman və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Milli Elmlər Akademiyası |
2002—2005-ci illər |
3. |
Marketinq tədbirləri | ||
3.1. |
Azərbaycanın görməli yerləri və təklif olunan turist marşrutları barədə beynəlxalq informasiya qovşağı—İnternet şəbəkəsi vasitəsilə turistlərə məlumat verilməsi | Gənclər, İdman və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Mədəniyyət Nazirliyi, Milli Elmlər Akademiyası |
mütəmadi |
3.2. |
Ölkənin ictimai-siyasi həyatı, mədəni-tarixi irsi, əsas qanunları, humanitar elmlər və mədəniyyət sahəsində əldə edilmiş nailiyyətləri barədə ekskursiya bələdçiləri üçün informasiya-metodiki məlumat kitabçasının hazırlanması | Gənclər, İdman və Turizm Nazirliyi, Mədəniyyət Nazirliyi, Milli Elmlər Akademiyası |
2002-ci il |
3.3. |
Bakı şəhərində hər il ənənəvi «Böyük İpək Yolu» Beynəlxalq turizm yarmarkalarının təşkil edilməsi və turizm mərkəzi olacaq rayonlarda xalq sənəti nümunələrindən ibarət sərgilərin təşkili | Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Turizm Sənayesinin İnkişafı İttifaqı, Mədəniyyət Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Ticarət-Sənaye Palatası, Xarici İşlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
mütəmadi |
3.4. |
Turizmin yeni
növlərinin inkişaf etdirilməsi: Tarixi, ekoloji, ekzotik, təbiət, idman, mədəni turizm və s. |
Gənclər, İdman və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları |
2002—2005-ci illər |
3.5. |
Milli turizm məhsullarının dünya turizm bazarına çıxarılması ilə bağlı reklam-məlumat üzrə tədbirlərin həyata keçirilməsi | Gənclər, İdman və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Turizm Sənayesinin İnkişafı İttifaqı |
mütəmadi |
3.6. |
Daxili və xarici kütləvi informasiya vasitələrində Azərbaycanın turizm üçün əlverişli ölkə olması barədə reklam kampaniyasının keçirilməsi | Gənclər, İdman və Turizm Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Şirkəti, Azərbaycan Turizm Sənayesinin İnkişafı İttifaqı, Xarici İşlər Nazirliyi |
mütəmadi |
3.7. |
Turizm məlumatı bülleteninin, turizm firmalarının marşrutları haqqında kataloqların, mehmanxana təsərrüfatı obyektlərinin, turist xidmətlərinin və Azərbaycan atlasının hazırlanması | Gənclər, İdman və Turizm Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Turizm Sənayesinin İnkişafı İttifaqı, Milli Elmlər Akademiyası |
2002-ci il |
3.8. |
Azərbaycan ərazisində vahid turist-məlumat şəbəkəsinin yaradılması və onun analoji beynəlxalq şəbəkələrə inteqrasiyası | Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Turizm Sənayesinin İnkişafı İttifaqı, Xarici İşlər Nazirliyi |
2002—2004-cü illər |
3.9. |
Ölkədə turizm obyektlərinin tikintisi və yenidən qurulmasına dair təşkilati işlərin aparılması və maliyyə mənbələrinin müəyyənləşdirilməsi | Gənclər, İdman və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi |
2002—2003-cü illər |
3.10. |
Turizm obyektlərinin investisiya layihələri haqqında məlumat bankının yaradılması | İqtisadi İnkişaf Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi |
2002-ci il |
4. |
Turistlərə xidmətin beynəlxalq standartlar səviyyəsinə çatdırılması, turizmin infrastrukturunun formalaşdırılması | ||
4.1. |
Mədəni və tarixi obyektlərdə xalq yaradıcılıq və sənətkarlıq nümunələrinin satışı üçün köşklərin təşkili, xalq adət-ənənələrini və mədəni turizmin inkişafını nümayiş etdirən videofilmlərin çəkilməsi | Mədəniyyət Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Bakı Şəhər icra hakimiyyəti, yerli icra hakimiyyəti orqanları, bələdiyyə orqanları |
mütəmadi |
4.2. |
Muzey kolleksiyaları və arxeoloji qazıntı nümunələrinin surətlərindən suvenir istehsalının təşkili | Mədəniyyət Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları |
mütəmadi |
4.3. |
Turist obyektlərində mədəni turizmin və xalq adət-ənənələrinə baxışın təşkili | Mədəniyyət Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
mütəmadi |
4.4. |
Müəyyən olunmuş qaydada turist təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi | Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Turizm Sənayesinin İnkişafı İttifaqı |
mütəmadi |
5. |
Kadr təminatı | ||
5.1. |
Turizm sahəsində vahid fasiləsiz təhsil sisteminin yaradılmasına dair təkliflərin hazırlanması | Təhsil Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası |
2002-ci il |
5.2. |
Turizm sahəsi üzrə ixtisasların müəyyən edilməsi və turizm sahəsində işləmək üçün mütəxəssislərin hazırlanmasına dair müvafiq metodikaların hazırlanması | Nazirlər Kabineti, Təhsil Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası |
2002—2003-cü illər |
5.3. |
Turizm sahəsində çalışan bütün işçilərin peşə və ixtisas səviyyələrinin artırılması üçün metodik vəsaitlərin işlənilməsi | Təhsil Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi |
mütəmadi |
6. |
Elmi təminat | ||
6.1. |
Azərbaycan Respublikasının ərazisində təbii və mədəni-tarixi potensialın daha səmərəli istifadə olunması məqsədilə Azərbaycanın turist bazarının inkişafı vəziyyətinin kompleks təhlili və proqnozu | İqtisadi İnkişaf Nazirliyi, Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası |
2002—2003-cü illər |
6.2. |
Azərbaycan Respublikasının ərazisində turizm zonaları və obyektlərinin inkişafı və yerləşdirilməsi baş sxeminin hazırlanması. Ölkə ərazisində tarixi və mədəni abidələrin xəritələşdirilməsi | İqtisadi İnkişaf Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası, Mədəniyyət Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi |
2002—2003-cü illər |
6.3. |
Azərbaycanda turizmin xüsusi növlərinin yaradılması proqramının hazırlanması (ekoloji, sosial, mədəni turizm, uşaq-gənclər, idman-sağlamlıq, mədəni-maarif, təbiət və s.) | Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Mədəniyyət Nazirliyi, Səhiyyə Nazirliyi |
2002—2004-cü illər |
7. |
Daxili turizmin təşkili üçün tədbirlər | ||
7.1. |
Regionlarda mədəni-maarif, tarix və təbiət abidələrinə ekskursiyaların təşkili | Gənclər, İdman və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları |
2002—2003-cü illər |
7.2. |
Ölkənin regionlarında turist zonalarının və marşrutlarının təşkil edilməsi | Gənclər, İdman və Turizm Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, yerli icra hakimiyyəti orqanları |
2002—2004-cü illər |
7.3. |
Ətraf mühitin, ekoloji tarazlığın və tarixi-memarlıq abidələrinin qorunması və təbliğ edilməsi məqsədi ilə milli parkların yaradılması | Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Milli Elmlər Akademiyası |
2002—2005-ci illər |
7.4. |
Turist zonalarının obyektlərində göstərilən turist xidmətləri üçün təbliğat və reklam mərkəzinin yaradılması | Gənclər, İdman və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
2002—2003-cü illər |
© LegalActs LLC