Об учреждении Государственной программы по развитию туризма в Азербайджанской Республике в 2000—2005 годах


«Azərbaycan» qəzetində dərc edilmişdir (29 avqust 2002-ci il, № 199). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 528)

Дата релиза: 07.02.2005

Azərbaycan Respublikasında 2002—2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının təsdiq olunması haqqında

Azərbaycan Respublikasında 2002—2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının təsdiq olunması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ölkədə turizmi inkişaf etdirmək və turizm ehtiyatlarından səmərəli istifadə etmək məqsədi ilə qərara alıram:

1. «Azərbaycan Respublikasında 2002—2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı» təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 27 avqust 2002-ci il.

№ 1029.

«Azərbaycan» qəzetində dərc edilmişdir (29 avqust 2002-ci il, № 199) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 528) («LegalActs» LLC).

7 fevral 2005-ci il tarixli, 193 nömrəli fərmana əsasən əlavələr və dəyişikliklərlə («LegalActs» LLC).


Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 27 avqust tarixli
1029 nömrəli Sərəncamı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikasında 2002—2005-ci illərdə turizmin inkişafına dair
Dövlət Proqramı

Nadir təbii-iqlim şəraiti olan Azərbaycan Respublikasında planetin 11 iqlim qurşağından 9-u mövcuddur. Ölkənin fauna və flora aləmi müxtəlif və zəngindir. Azərbaycanda 12 təbii və tarixi qoruq, 17 müvəqqəti qoruq və ovçuluq təsərrüfatı vardır. Xəzər dənizi boyunca 7 istirahət zonası yerləşir. Ölkə ərazisində 6 mindən artıq memarlıq və mədəniyyət abidələri qorunub saxlanılır. Ölkənin təbii, mədəni və tarixi irsi onun beynəlxalq turizm bazarına daxil olmasına real zəmin yaradır.

Azərbaycan Respublikasında turizmin inkişafında Bakı şəhəri mühüm yer tutur. Əcnəbilərin 90%-dən çoxu ölkə paytaxtına gəlirlər. Neft kontraktlarının işə düşməsi ölkəyə gələn xarici iş adamlarının axınının artmasına şərait yaratmışdır. Bakıda zəngin memarlıq abidələri, çoxlu muzey, teatr, müasir və tarixi binalar, dini obyektlər xarici ölkələrdən gələn turistlərin diqqətini cəlb edir. Hazırda Bakıda 50 turizm agentliyi, 10 mehmanxana vardır. Son vaxtlar Bakıda ictimai iaşə müəssisələrinin sayı xeyli artmışdır. «Makdonalds», «Pizza-Hat», «Patio-pizza» kimi xarici firmaların restoranları, Türkiyə, İtaliya, Çin və başqa ölkələrin mətbəxləri yaradılmışdır.

Ölkədə, xüsusilə Bakı şəhərində beynəlxalq standartlara cavab verən mehmanxanaların, ayrı-ayrı rayonlarda kempinqlərin, motellərin, digər turizm obyektlərinin tikintisi, ölkəyə gələn və xarici ölkələrə gedən turistlərin, habelə fəaliyyət göstərən turizm təşkilatlarının sayının artması bu sahənin inkişafına xüsusi diqqət yetirilməsini, onun maddi-texniki bazasının möhkəmləndirilməsini zəruri edir.

1. Proqramın məqsədi və vəzifələri

Azərbaycan Respublikasında 2002—2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının əsas məqsədi «Turizm haqqında» Qanunda, habelə digər müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun olaraq turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkənin sosial-iqtisadi inkişafını təmin edən vasitələrdən biri kimi turizm resurslarından səmərəli istifadə olunmasını təmin etməkdən ibarətdir.

Proqramın əsas vəzifələri aşağıdakılardır:

    • ölkənin turizm potensialından səmərəli istifadə etməklə Azərbaycan Respublikasında turizmin inkişafına nail olmaq;
    • turizm sahəsində sahibkarlığı, ilk növbədə kiçik və orta sahibkarlığı inkişaf etdirmək;
    • rəqabətə davamlı turizm bazarı yaratmaq;
    • turizmdən dövlət və yerli büdcələrə daxil olan vəsaitin həcmini artırmaq;
    • turistlərə xidmətin keyfiyyətinin yüksəldilməsini, onun beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin etmək;
    • turizm infrastrukturunu, onun maddi-texniki bazasını möhkəmləndirmək;
    • turizm fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsini həyata keçirmək;
    • xarici investorları turizm sahəsinə cəlb etmək;
    • turist müəssisələrinin beynəlxalq turizm proqramlarında iştirakı üçün əlverişli şərait yaratmaq.

2. Azərbaycan Respublikasında turizmin inkişafının əsas istiqamətləri

2002—2005-ci illərdə ölkədə turizmin inkişafını aşağıdakı əsas istiqamətlərdə həyata keçirmək nəzərdə tutulur:

    • turizm ehtiyatlarının öyrənilməsi və onların genişləndirilməsi;
    • turistlərin istirahəti, onların tələbatının ödənilməsi üçün zəruri olan xidmətlərin, ekskursiya və digər mədəni tədbirlərin çeşidinin genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması;
    • mehmanxanaların və digər turizm obyektlərinin tikintisinin genişləndirilməsi, turizm marşrutlarının artırılması;
    • milli adət-ənənələri, Azərbaycan xalqının tarixi-mədəni irsini, ayrı-ayrı regionların və şəhərlərin tarixini əks etdirən materialların nəşr etdirilməsi və yayılması;
    • milli sənətkarlıq və suvenir məhsullarının istehsalının və satışının genişləndirilməsi;
    • Azərbaycanı turizm biznesi üçün əlverişli şəraiti olan ölkə kimi dünyada tanıtmaq məqsədilə reklam-təbliğat və məlumat-sorğu fəaliyyətinin canlandırılması;
    • Turizm inkişafı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi.

3. Gözlənilən nəticələr

Proqramda yerinə yetirilməsi nəzərdə tutulan tədbirlər aşağıdakı nəticələri əldə etməyə imkan verəcəkdir:

    • fəaliyyət göstərən turizm obyektlərinin müasir tələblərə uyğun qurmaq;
    • beynəlxalq və daxili bazarda ölkənin rəqabət qabiliyyətini artıra bilən turizm infrastrukturu yaratmaq;
    • ölkə ərazisində turizm zonalarının və turist marşrutlarının müəyyən olunmasını təmin etmək;
    • turizm xidməti üzrə mütərəqqi üsulların və standartların hazırlanmasına və tətbiq edilməsinə nail olmaq;
    • turizm ehtiyatlarının qorunmasını təmin etmək və bu ehtiyatlardan istifadənin səmərəliliyini artırmaq.

Azərbaycan Respublikasında 2002—2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi
Tədbirləri

№№

Tədbirlər

İcraçılar

İcra müddəti

1.

Normativ hüquqi bazanın təkmilləşdirilməsi

1.1.

Turizmlə bağlı normativ hüquqi aktların layihələrinin hazırlanması

Nazirlər Kabineti, Gənclər, İdman və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi

2002—2005-ci illər

1.2.

«Daxili turizmin inkişafına dair tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsinin hazırlanması

Nazirlər Kabineti, Gənclər, İdman və Turizm Nazirliyi

2002-ci il

1.3.

Turistlərin gediş-gəlişi zamanı rəsmiləşdirmə (viza, gömrük və s.) qaydalarının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması

Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Gömrük Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi

2002-ci il

1.4.

Tarix, mədəniyyət və təbiət abidələrinin, habelə turizm infrastrukturuna daxil olan turist komplekslərinin, mehmanxanalarının və s. obyektlərin mühafizəsinin gücləndirilməsi

Daxili İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları

mütəmadi

1.5.

Turizmin inkişafına dair ölkə və dövlətlərarası məqsədli proqramların, sahə və ərazi proqramların layihələri üzrə təkliflərin hazırlanması

Nazirlər Kabineti, Gənclər, İdman və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Milli Elmlər Akademiyası

2002—2004-cü illər

1.6.

Turistlərin təhlükəsizliyini təmin edən turizm-səyahət xidmətlərinin göstərilməsi qaydalarının hazırlanması

Gənclər, İdman və Turizm Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi

2003-cü il

1.7.

Turizm məhsullarının standartlaşdırılması və sertifikatlaşdırılmasının normativ bazasının yaradılması

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Gənclər, İdman və Turizm Nazirliyi

2002—2003-cü illər

1.8.

Turizm yollayışının vahid nümunəvi formasının hazırlanması və təsdiq edilməsi

Gənclər, İdman və Turizm Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2002-ci il

1.9.

Turizm sahəsində xarici ölkələrlə əməkdaşlıq haqqında hökumətlər və idarələrarası saziş layihələrinin hazırlanması

Xarici İşlər Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi

2002—2004-cü illər

1.10.

Turizm sahəsində təhlükəsizliyin təmin olunmasına dair kompleks tədbirlər sisteminin hazırlanması

Gənclər, İdman və Turizm Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi

2002-ci il

2.

Turizm fəaliyyətinin təşkili və turizmin inkişafının idarə oluması

2.1.

Turizm xidmətlərinin standartlaşdırılması və sertifikatlaşdırılmasına dair kompleks tədbirlərin görülməsi

Gənclər, İdman və Turizm Nazirliyi, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi

2002-ci il

2.2.

Turizm sahəsində istehlakçıların hüquqlarının qorunmasına dair tədbirlərin görülməsi

İqtisadi İnkişaf Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi

2002—2004-cü illər

2.3.

Ümumndünya Turizm Təşkilatının (ÜTT) tövsiyələrini və BMT Statistik Komissiyasının qərarlarını nəzərə alaraq turizm sahəsində statistik sistemin dünya standartlarına uyğunlaşdırılması, turizmin bütün sahələrini əhatə edən yeni statistika sisteminin yaradılması və təkmilləşdirilməsi

Dövlət Statistika Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Turizm Sənayesinin İnkişafı İttifaqı, Xarici İşlər Nazirliyi

2002—2004-cü illər

2.4.

Beynəlxalq turizm sərgilərinin və turizmin investisiya layihələri sərgilərinin təşkilində və keçirilməsində iştirak etmək, vahid milli stendin yaradılması, beynəlxalq əməkdaşlıq, Azərbaycan ərazisində turizm sərgilərinin təşkili və keçirilməsini təmin etmək

Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Turizm Sənayesinin İnkişafı İttifaqı, Ticarət-Sənaye Palatası, Xarici İşlər Nazirliyi

2002—2005-ci illər

2.5.

Turizmin inkişafı problemləri ilə bağlı ölkə və beynəlxalq elmi-praktiki konfransların keçirilməsi

Gənclər, İdman və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Milli Elmlər Akademiyası

2002—2005-ci illər

3.

Marketinq tədbirləri

3.1.

Azərbaycanın görməli yerləri və təklif olunan turist marşrutları barədə beynəlxalq informasiya qovşağı—İnternet şəbəkəsi vasitəsilə turistlərə məlumat verilməsi

Gənclər, İdman və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Mədəniyyət Nazirliyi, Milli Elmlər Akademiyası

mütəmadi

3.2.

Ölkənin ictimai-siyasi həyatı, mədəni-tarixi irsi, əsas qanunları, humanitar elmlər və mədəniyyət sahəsində əldə edilmiş nailiyyətləri barədə ekskursiya bələdçiləri üçün informasiya-metodiki məlumat kitabçasının hazırlanması

Gənclər, İdman və Turizm Nazirliyi, Mədəniyyət Nazirliyi, Milli Elmlər Akademiyası

2002-ci il

3.3.

Bakı şəhərində hər il ənənəvi «Böyük İpək Yolu» Beynəlxalq turizm yarmarkalarının təşkil edilməsi və turizm mərkəzi olacaq rayonlarda xalq sənəti nümunələrindən ibarət sərgilərin təşkili

Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Turizm Sənayesinin İnkişafı İttifaqı, Mədəniyyət Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Ticarət-Sənaye Palatası, Xarici İşlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları

mütəmadi

3.4.

Turizmin yeni növlərinin inkişaf etdirilməsi:

Tarixi, ekoloji, ekzotik, təbiət, idman, mədəni turizm və s.

Gənclər, İdman və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları

2002—2005-ci illər

3.5.

Milli turizm məhsullarının dünya turizm bazarına çıxarılması ilə bağlı reklam-məlumat üzrə tədbirlərin həyata keçirilməsi

Gənclər, İdman və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Turizm Sənayesinin İnkişafı İttifaqı

mütəmadi

3.6.

Daxili və xarici kütləvi informasiya vasitələrində Azərbaycanın turizm üçün əlverişli ölkə olması barədə reklam kampaniyasının keçirilməsi

Gənclər, İdman və Turizm Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Şirkəti, Azərbaycan Turizm Sənayesinin İnkişafı İttifaqı, Xarici İşlər Nazirliyi

mütəmadi

3.7.

Turizm məlumatı bülleteninin, turizm firmalarının marşrutları haqqında kataloqların, mehmanxana təsərrüfatı obyektlərinin, turist xidmətlərinin və Azərbaycan atlasının hazırlanması

Gənclər, İdman və Turizm Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Turizm Sənayesinin İnkişafı İttifaqı, Milli Elmlər Akademiyası

2002-ci il

3.8.

Azərbaycan ərazisində vahid turist-məlumat şəbəkəsinin yaradılması və onun analoji beynəlxalq şəbəkələrə inteqrasiyası

Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Turizm Sənayesinin İnkişafı İttifaqı, Xarici İşlər Nazirliyi

2002—2004-cü illər

3.9.

Ölkədə turizm obyektlərinin tikintisi və yenidən qurulmasına dair təşkilati işlərin aparılması və maliyyə mənbələrinin müəyyənləşdirilməsi

Gənclər, İdman və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi

2002—2003-cü illər

3.10.

Turizm obyektlərinin investisiya layihələri haqqında məlumat bankının yaradılması

İqtisadi İnkişaf Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi

2002-ci il

4.

Turistlərə xidmətin beynəlxalq standartlar səviyyəsinə çatdırılması, turizmin infrastrukturunun formalaşdırılması

4.1.

Mədəni və tarixi obyektlərdə xalq yaradıcılıq və sənətkarlıq nümunələrinin satışı üçün köşklərin təşkili, xalq adət-ənənələrini və mədəni turizmin inkişafını nümayiş etdirən videofilmlərin çəkilməsi

Mədəniyyət Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Bakı Şəhər icra hakimiyyəti, yerli icra hakimiyyəti orqanları, bələdiyyə orqanları

mütəmadi

4.2.

Muzey kolleksiyaları və arxeoloji qazıntı nümunələrinin surətlərindən suvenir istehsalının təşkili

Mədəniyyət Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları

mütəmadi

4.3.

Turist obyektlərində mədəni turizmin və xalq adət-ənənələrinə baxışın təşkili

Mədəniyyət Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları

mütəmadi

4.4.

Müəyyən olunmuş qaydada turist təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi

Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Turizm Sənayesinin İnkişafı İttifaqı

mütəmadi

5.

Kadr təminatı

5.1.

Turizm sahəsində vahid fasiləsiz təhsil sisteminin yaradılmasına dair təkliflərin hazırlanması

Təhsil Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası

2002-ci il

5.2.

Turizm sahəsi üzrə ixtisasların müəyyən edilməsi və turizm sahəsində işləmək üçün mütəxəssislərin hazırlanmasına dair müvafiq metodikaların hazırlanması

Nazirlər Kabineti, Təhsil Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası

2002—2003-cü illər

5.3.

Turizm sahəsində çalışan bütün işçilərin peşə və ixtisas səviyyələrinin artırılması üçün metodik vəsaitlərin işlənilməsi

Təhsil Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi

mütəmadi

6.

Elmi təminat

6.1.

Azərbaycan Respublikasının ərazisində təbii və mədəni-tarixi potensialın daha səmərəli istifadə olunması məqsədilə Azərbaycanın turist bazarının inkişafı vəziyyətinin kompleks təhlili və proqnozu

İqtisadi İnkişaf Nazirliyi, Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası

2002—2003-cü illər

6.2.

Azərbaycan Respublikasının ərazisində turizm zonaları və obyektlərinin inkişafı və yerləşdirilməsi baş sxeminin hazırlanması. Ölkə ərazisində tarixi və mədəni abidələrin xəritələşdirilməsi

İqtisadi İnkişaf Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası, Mədəniyyət Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

2002—2003-cü illər

6.3.

Azərbaycanda turizmin xüsusi növlərinin yaradılması proqramının hazırlanması (ekoloji, sosial, mədəni turizm, uşaq-gənclər, idman-sağlamlıq, mədəni-maarif, təbiət və s.)

Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Mədəniyyət Nazirliyi, Səhiyyə Nazirliyi

2002—2004-cü illər

7.

Daxili turizmin təşkili üçün tədbirlər

7.1.

Regionlarda mədəni-maarif, tarix və təbiət abidələrinə ekskursiyaların təşkili

Gənclər, İdman və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları

2002—2003-cü illər

7.2.

Ölkənin regionlarında turist zonalarının və marşrutlarının təşkil edilməsi

Gənclər, İdman və Turizm Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, yerli icra hakimiyyəti orqanları

2002—2004-cü illər

7.3.

Ətraf mühitin, ekoloji tarazlığın və tarixi-memarlıq abidələrinin qorunması və təbliğ edilməsi məqsədi ilə milli parkların yaradılması

Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Milli Elmlər Akademiyası

2002—2005-ci illər

7.4.

Turist zonalarının obyektlərində göstərilən turist xidmətləri üçün təbliğat və reklam mərkəzinin yaradılması

Gənclər, İdman və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2002—2003-cü illər


© LegalActs LLC