«Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar «Ərazi vahidlərinin, habelə ayrı-ayrı milli təhlükəsizlik və ya müdafiə təyinatlı ərazilərin qapalı elan edilməsi və xüsusi rejimli dövlət idarəetmənin tətbiq edilməsi Qaydaları»nın təsdiq edilməsi və «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələri haqqında Əsasnamə»yə dəyişiklik edilməsi barədə


«Azərbaycan» qəzetində dərc edilmişdir (28 avqust 2002-ci il, № 198) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 490)

Relizin Tarixi: 06.08.2008

«Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar «Ərazi vahidlərinin, habelə ayrı-ayrı milli təhlükəsizlik və ya müdafiə təyinatlı ərazilərin qapalı elan edilməsi və xüsusi rejimli dövlət idarəetmənin tətbiq edilməsi Qaydaları»nın təsdiq edilməsi və «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələri haqqında Əsasnamə»yə dəyişiklik edilməsi barədə

«Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar «Ərazi vahidlərinin, habelə ayrı-ayrı milli təhlükəsizlik və ya müdafiə təyinatlı ərazilərin qapalı elan edilməsi və xüsusi rejimli dövlət idarəetmənin tətbiq edilməsi Qaydaları»nın təsdiq edilməsi və «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələri haqqında Əsasnamə»yə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar həmin Qanunun icrasını təmin etmək məqsədilə qərara alıram:

1. «Ərazi vahidlərinin, habelə ayrı-ayrı milli təhlükəsizlik və ya müdafiə təyinatlı ərazilərin qapalı elan edilməsi və xüsusi rejimli dövlət idarəetmənin tətbiq edilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 571 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələri haqqında Əsasnamə»nin 2.1-ci bəndindən və 2.4-cü bəndinin ikinci abzasından «inzibati» sözü çıxarılsın.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 24 avqust 2002-ci il

№ 770

«Azərbaycan» qəzetində dərc edilmişdir (28 avqust 2002-ci il, № 198) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 490) («LegalActs» LLC).

6 avqust 2008-ci il tarixli, 812 nömrəli Fərmana əsasən dəyişikliklər və əlavələrlə («LegalActs» LLC).


Azərbaycan Respublikası Prezidentinin
24 avqust 2002-ci il tarixli
770 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir

Ərazi vahidlərinin, habelə ayrı-ayrı milli təhlükəsizlik və ya müdafiə təyinatı ərazilərin qapalı elan edilməsi və xüsusi rejimli dövlət idarəetmənin tətbiq edilməsi
Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən ərazi vahidlərinin, habelə ayrı-ayrı milli təhlükəsizlik və ya müdafiə təyinatlı ərazilərin qapalı elan edilməsini və həmin ərazilərdə xüsusi rejimli dövlət idarəetmənin tətbiqini tənzimləyir.

1.2. Milli təhlükəsizlik və ya müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin (bundan sonra—xüsusi obyekt) yerləşməsi ilə şərtləşdirilmiş xüsusi rejimli dövlət idarəetmənin tətbiq edilməsi zərurəti ilə əlaqədar bəzi ərazi vahidləri, habelə ayrı-ayrı milli təhlükəsizlik və ya müdafiə təyinatlı ərazilər qapalı elan edilə bilər (bundan sonra—qapalı ərazi).

1.3. Qapalı ərazilərin hüdudları Azərbaycan Respublikasının ərazi vahidlərinin və ya inzibati-ərazi vahidlərinin sərhədləri ilə uyğun gəlməyə bilər.

1.4. Qapalı ərazi vahidlərində yaşayan vətəndaşların hüquq və azadlıqları, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, məhdudlaşdırıla bilməz.

2. Ərazi vahidlərinin və ya ayrı-ayrı ərazilərin qapalı elan edilməsi qaydaları

2.1. Ərazi vahidinin və ya ayrı-ayrı ərazilərin qapalı elan edilməsi haqqında qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin vəsatətinə əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir.

2.2. Ərazi vahidinin və ya ayrı-ayrı ərazilərin qapalı elan edilməsinə dair vəsatət əsaslandırılmalıdır, torpaq və mülkiyyət məsələlərinin həlli, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla qapalı ərazinin və qadağan zonasının hüdudları həmin vəsatətdə göstərilməlidir.

2.3. Qapalı ərazinin sərhədlərinin dəyişdirilməsi və ya qapalı ərazi statusunun götürülməsi məsələləri bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulmuş qaydada həll edilir.

3. Qapalı ərazidə xüsusi dövlət idarəetmə rejimi

3.1. Xüsusi obyektin təhlükəsiz mövcud olmasının və fəaliyyətinin, əhalinin həyat və sağlamlığının, ekoloji və milli təhlükəsizliyinin təyin edilməsi, dövlət sirrinin mühafizəsi, terror aktlarının və təxribatların, eləcə də digər ictimai-təhlükəli əməllərin qarşısının alınması üçün qapalı ərazidə xüsusi rejimli dövlət idarəetməsi tətbiq edir.

3.2. Xüsusi rejimli dövlət idarəetmə aşağıdakıları nəzərdə tutur:

    • vətəndaşların qapalı əraziyə giriş-çıxışının və daimi yaşamasının məhdudlaşdırılması;
    • xüsusi obyektin ətrafında qadağan zonalarının müəyyən edilməsi;
    • qapalı ərazilərin üzərindən uçuşların məhdudlaşdırılması;
    • sahibkarlıq, təsərrüfat fəaliyyətinin və torpaqdan istifadənin xüsusi qaydasının müəyyən edilməsi.

Xüsusi obyektin fəaliyyətinin və əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi obyektin rəhbəri yerli icra hakimiyyətinin başçısı ilə birlikdə əlavə məhdudiyyətlər müəyyən edə bilərlər.

3.3. Qapalı ərazidə daimi yaşayan və ya oraya yeni gələn vətəndaşlar xüsusi rejimli dövlət idarəetmənin qaydaları ilə tanış edilməlidirlər.

3.4. Qapalı ərazidə xüsusi rejimli dövlət idarəetmə xüsusi obyektin rəhbəri, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin yerli bölməsinin rəisi ilə birlikdə müvafiq inzibati ərazi vahidinin icra hakimiyyətinin başçısı tərəfindən təmin edilir.

Qadağan zonasında xüsusi rejimli dövlət idarəetmə bilavasitə xüsusi obyektin rəhbəri tərəfindən təmin edilir.

3.5. Qapalı ərazinin və qadağan zonasının hüdudları aydın görünən nişan və yazılarla işarələnir, çəpər və texniki mühafizə vasitələri ilə təchiz edilir.

Vətəndaşların və nəqliyyat vasitələrinin qapalı əraziyə və qadağan zonasına icazəsiz daxil olması və ya oradan keçməsinin qarşısının alınması məqsədilə nəzarət-buraxılış məntəqələri təşkil edilir.

3.6. Qapalı ərazinin və qadağan zonasının mühafizəsi xüsusi obyektin müdiriyyətindən, qapalı ərazinin yerli icra hakimiyyəti, daxili işlər və milli təhlükəsizlik orqanlarının nümayəndələrindən ibarət komissiya tərəfindən təşkil edilir.

Komissiya:

    • mühafizə sistemini və onun növlərini;
    • mühafizə bölmələrinin şəxsi heyətinin sayını;
    • mühəndis-texniki qurğuların, nəzarət-buraxılış məntəqələrinin, qarovul və kazarma binalarının, digər qurğuların sayını, həcmini və tikilmə müddətini;
    • xüsusi obyektin mühafizəyə qəbulu üçün görülməli tədbirlərin müddətini müəyyən edir.

Komissiyanın qərarları Azərbaycan Respublikasının Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin xüsusi müvəkkil edilmiş vəzifəli şəxsləri tərəfindən təsdiq edilir.

3.7. Xüsusi obyektin mühafizəsi həmin obyektin rəhbəri tərəfindən xüsusi təyin edilmiş hərbi bölmələr və ya obyektin hərbləşdirilmiş mühafizə dəstəsi tərəfindən həyata keçirilir. Zərurət yarandıqda, qapalı ərazinin mühafizəsi üçün daxili işlər orqanlarında mühafizə bölmələri yaradıla bilər.

Qapalı ərazinin qadağan zonasının mühafizəsini həyata keçirən bölmələr öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tuturlar.

3.8. Qapalı ərazidə müvafiq təlimatla tənzimlənən buraxılış rejimi tətbiq edilir. Buraxılış rejimi haqqında təlimat milli təhlükəsizlik və daxili işlər orqanları ilə razılaşdırmaqla xüsusi obyektin rəhbəri və müvafiq inzibati ərazi vahidinin icra hakimiyyətinin başçısı tərəfindən təsdiq edilir.

Buraxılış rejimi haqqında təlimat aşağıdakıları tənzimləyir:

    • vətəndaşların və nəqliyyat vasitələrinin qapalı əraziyə və qadağan zonasına giriş-çıxış qaydaları;
    • yüklərin, xüsusi yüklərin, sənədlərin və əmlakın çıxarılması və gətirilməsi qaydaları;
    • buraxılış vərəqələrinin verilməsinin əsaslılığı və verilmə qaydasını, onların vaxtlı-vaxtında geri alınması və ləğv edilməsi üzərində nəzarət qaydası.

3.9. Vətəndaşların qapalı əraziyə giriş-çıxışı və onların qapalı ərazidə daimi yaşaması xüsusi rejimli dövlət idarəetmənin tələblərinə müvafiq olaraq məhdudlaşdırılır.

3.10. Vətəndaşların qapalı əraziyə daimi yaşamaq və ya müvəqqəti olmaq məqsədilə gəlməsi milli təhlükəsizlik orqanları tərəfindən verilmiş icazə əsasında həyata keçirilir.

Qapalı əraziyə gedən vətəndaşları dövlət sirrini təşkil edən məlumatlarla tanış etmək və ya xüsusi obyektin ərazisinə buraxmaq zərurəti yarandıqda, onların dövlət sirri ilə işləməyə buraxılması qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilir.

«Dövlət sirri haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əsaslarla vətəndaşların qapalı əraziyə girməsinə imtina edilə bilər.

3.11. Müvafiq ərazi vahidinin icra hakimiyyətinin başçısı Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin yerli bölməsi ilə razılaşdıraraq qapalı əraziyə, xüsusi obyektin ərazisi istisna olmaqla, daxil olmağa icazə verə bilər.

3.12. Daimi yaşamaq üçün qapalı əraziyə aşağıdakı şəxslər buraxılırlar:

    • qapalı ərazidə olan müəssisə, idarə və təşkilatlarla əmək müqaviləsi bağlamış vətəndaşlər;
    • qapalı ərazidə yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçular;
    • qapalı ərazidə ictimai asayişi qoruyan və yanğın təhlükəsizliyini təmin edən daxili işlər orqanlarının əməkdaşları;
    • qapalı ərazidə yanğından mühafizəni təmin edən və yanğın nəzarətini həyata keçirən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları;
    • qapalı ərazidə yerləşən tibb müəssisələrinin işçiləri;
    • qapalı ərazidə həmin ərazi qapalı elan edilməmişdən əvvəl daşınmaz əmlaka malik olan şəxslər;
    • göstərilən şəxslərin ailə üzvləri və yaxın qohumları;
    • qapalı əraziyə daxil olan yaşayış məntəqələrinin daimi sakinləri.

Bu bənddə nəzərdə tutulan şəxslər üçün buraxılış rejimi haqqında təlimatda xüsusi buraxılış rejimi müəyyən edilir.

3.13. İstehsal zərurəti ilə bağlı və ya qapalı ərazinin sakinlərinin sosial-mədəni və digər tələbatlarının ödənilməsi üçün dövlət sirri ilə işləmək hüququ olmayan vətəndaşların qapalı əraziyə buraxılması xüsusi obyektin rəhbərinin və müvafiq inzibati ərazi vahidinin icra hakimiyyəti başçısının Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyini qabaqcadan xəbərdar etməklə verdikləri icazə əsasında, xüsusi obyektin ərazisinə daxil olma isə həmin obyektin rəhbərinin icazəsi ilə onlar tərəfindən ayrılmış xüsusi nümayəndələrin müşayiətilə həyata keçirilir.

3.14. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə qapalı əraziyə daxil olmaq üçün icazə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən verilir. İcazə verilməkdən imtina edildikdə onun əsasları izah edilmir.

3.15. Vətəndaşların qapalı ərazidə olan müəssisə, idarə və təşkilatlarla bağladıqları əmək müqaviləsinə xitam verildikdə, onlar Qaydaların 2.4-cü bəndinin tələbləri nəzərə alınmaqla qapalı ərazinin hüdudlarından kənara köçürülə bilərlər.

3.16. Xüsusi dövlət idarəetmənin təmin edilməsi məqsədilə qapalı ərazinin üzərində uçuşlar məhdudlaşdırılır.

Qapalı ərazinin üzərində uçuşlara icazə verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

3.17. Qapalı ərazidə yerli əhalinin sosial-mədəni və digər tələbatlarının ödənilməsi və ya istehsal fəaliyyəti ilə məşğul olan müəssisə, idarə və təşkilatlar fəaliyyət göstərirlər. Onlar öz fəaliyyətlərində bir qayda olaraq yerli əmək resurslarından istifadə edirlər.

3.18. Qapalı ərazilərdə xarici fiziki və hüquqi şəxslərin iştirakı ilə yaradılmış və (və ya) xarici investisiyalı hüquqi şəxslərin olmasına və fəaliyyət göstərməsinə yol verilmir.

Hər hansı əraziyə qapalı statusu verildikdə, həmin ərazidə oraya qapalı statusu verilən anadək olan və fəaliyyət göstərən bu bənddə nəzərdə tutulan hüquqi şəxslər başqa ərazilərə köçürülməlidir. Bu zaman belə hüquqi şəxslərin çəkdiyi xərclər və buraxılmış faydası, eləcə də köçürmə prosesində onlara vurulmuş zərər qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməlidir.

2. Qapalı ərazinin yerli icra hakimiyyəti orqanı

4.1. Qapalı ərazidə həmin ərazinin aid olduğu inzibati ərazi vahidinin yerli icra hakimiyyəti orqanı fəaliyyət göstərir.

Qapalı ərazinin yerli icra hakimiyyəti orqanı öz fəaliyyətini bu Qaydaların tələbləri nəzərə alınmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada qurur.

4.2. Yerli icra hakimiyyəti orqanı:

    • qapalı ərazidə xüsusi rejimli dövlət idarəetməni xüsusi obyektin rəhbəri və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin yerli bölməsinin əsli ilə birlikdə təmin edir;
    • fövqəladə hallarda müəssisə, idarə və təşkilatların, mühafizə bölmələrinin, polisin, mülki müdafiə və digər xidmətlərin fəaliyyətini əlaqələndirir;
    • xüsusi obyektdə qəza baş verdikdə və ya belə təhlükə yarandıqda əhalinin məlumatlandırılması və evakuasiya edilməsi sxemlərini tərtib edir;
    • qapalı ərazinin sakinlərinin həyat və sağlamlığına təhlükə yarandıqda, onların həyatlarının xilas edilməsi, sağlamlıqlarının və əmlaklarının qorunmasını təmin edir, zəruri hallarda əhalinin evakuasiyası haqqında qərar qəbul edir;
    • qadağan zonası istisna olmaqla qapalı ərazinin sanitar-epidemioloji, radiasiya və ekoloji vəziyyətinə daimi nəzarət edir;
    • xüsusi dövlət idarəetmənin tətbiq və təmin edilməsi ilə bağlı müvafiq dövlət orqanlarına təkliflər verir;
    • bu qaydalara uyğun olaraq səlahiyyətlərinə aid edilmiş digər hüquq və vəzifələri icra edir.

5. Qapalı ərazidə torpaqdan istifadənin xüsusiyyətləri və mülkiyyət məsələləri

5.1. Qapalı ərazidə torpaq və torpaqdan istifadə, mülkiyyət məsələləri bu Qaydalarla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla müvafiq qanunvericiliklə tənzimlənir.

5.2. Xüsusi obyekt yalnız dövlət mülkiyyətində olan və ya qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətinə alınmış torpaqlarda yerləşə bilər. Həmin torpaqlar xüsusi obyektin istifadəsinə verilir.

5.3. Qadağan zonasında əhalinin yaşamasına, kənd təsərrüfatı işlərinin görülməsinə, habelə sənaye və digər obyektlərin (mühafizə obyektləri istisna olmaqla) tikilməsinə yol verilmir.


© LegalActs LLC