Vyana şəhərində, beynəlxalq təşkilatlar yanında Azərbaycan Respublikasının Daimi nümayəndəliyinin təsis edilməsi haqqında
Relizin Tarixi: 22.04.1994
Azərbaycan Respublikası Milli Məclisi
Vyana şəhərində, beynəlxalq
təşkilatlar yanında
Azərbaycan Respublikasının Daimi
nümayəndəliyinin
tə’sis edilməsi haqqında
Qərar № 801
Bakı şəhəri, 22 aprel 1994-cü il
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin təqdimatını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 104-cü maddəsinin 26-cı bəndinə əsasən qərara alır:
1. Vyana şəhərində, beynəlxalq təşkilatlar yanında Azərbaycan Respublikasının Daimi nümayəndəliyi tə’sis edilsin.
2. Azərbaycan Respublikasının Prezidentinə təklif edilsin ki, Vyana şəhərində, beynəlxalq təşkilatlar yanında Azərbaycan Respublikasının Daimi nümayəndəliyinin təşkili və fəaliyyəti üçün zəruri tədbirləri həyata keçirsin.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
R. QULİYEV.
«Azərbaycan» qəzetində dərc edilmişdir (26 aprel 1994-cü il, № 78) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir, 1994-cü il, № 8, maddə 83 ( «LegalActs» LLC).
© LegalActs LLC