Об учреждении в городе Вене, при международных организациях Постоянного представительства Азербайджанской Республики


Release date: 22.04.1994

Vyana şəhərində, beynəlxalq təşkilatlar yanında Azərbaycan Respublikasının Daimi nümayəndəliyinin tə’sis edilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisi

Vyana şəhərində, beynəlxalq təşkilatlar yanında
Azərbaycan Respublikasının Daimi nümayəndəliyinin
tə’sis edilməsi haqqında

Qərar № 801

Bakı şəhəri, 22 aprel 1994-cü il

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin təqdimatını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 104-cü maddəsinin 26-cı bəndinə əsasən qərara alır:

1. Vyana şəhərində, beynəlxalq təşkilatlar yanında Azərbaycan Respublikasının Daimi nümayəndəliyi tə’sis edilsin.

2. Azərbaycan Respublikasının Prezidentinə təklif edilsin ki, Vyana şəhərində, beynəlxalq təşkilatlar yanında Azərbaycan Respublikasının Daimi nümayəndəliyinin təşkili və fəaliyyəti üçün zəruri tədbirləri həyata keçirsin.

Azərbaycan Respublikası Ali Sovetinin sədri

R. QULİYEV.

«Azərbaycan» qəzetində dərc edilmişdir (26 aprel 1994-cü il, № 78) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir, 1994-cü il, № 8, maddə 83 ( «LegalActs» LLC).

© LegalActs LLC