Azərbaycan Respublikasının bayramları haqqında
«Azərbaycan» qəzetində dərc edilmişdir (10 noyabr 1992-ci il, № 34)
Relizin Tarixi: 27.10.1992Azərbaycan Respublikasının bayramları haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Aşağıdakı günlər müəssisələrdə, idarələrdə, təşkilatlarda qeyri-iş günü olmaqla Azərbaycan Respublikasının bayramları hesab edilsin:
- 1 yanvar — Yeni il;
- 8 mart — Qadınlar günü;
- Novruz bayramı — iki gün;
- 28 may — Respublika günü;
- 9 oktyabr — Silahlı Qüvvələr günü;
- 18 oktyabr — Dövlət müstəqilliyi günü;
- 17 noyabr — Milli dirçəliş günü;
- 31 dekabr — Dünya azərbaycanlılarının həmrə’yliyi günü;
- Qurban bayramı;
- Ramazan bayramı.
2. Bu Qanunun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinə müvafiq dəyişikliklər və əlavələr edilsin.
Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz ELÇİBƏY
Bakı şəhəri, 27 oktyabr 1992-ci il
№ 354
«Azərbaycan» qəzetində dərc edilmişdir (10 noyabr 1992-ci il, № 34) («LegalActs» LLC).
© LegalActs LLC