О праздниках Азербайджанской Республики


«Azərbaycan» qəzetində dərc edilmişdir (10 noyabr 1992-ci il, № 34)

Release date: 27.10.1992

Azərbaycan Respublikasının bayramları haqqında

Azərbaycan Respublikasının bayramları haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı günlər müəssisələrdə, idarələrdə, təşkilatlarda qeyri-iş günü olmaqla Azərbaycan Respublikasının bayramları hesab edilsin:

    • 1 yanvar — Yeni il;
    • 8 mart — Qadınlar günü;
    • Novruz bayramı — iki gün;
    • 28 may — Respublika günü;
    • 9 oktyabr — Silahlı Qüvvələr günü;
    • 18 oktyabr — Dövlət müstəqilliyi günü;
    • 17 noyabr — Milli dirçəliş günü;
    • 31 dekabr — Dünya azərbaycanlılarının həmrə’yliyi günü;
    • Qurban bayramı;
    • Ramazan bayramı.

2. Bu Qanunun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinə müvafiq dəyişikliklər və əlavələr edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY

Bakı şəhəri, 27 oktyabr 1992-ci il

№ 354

«Azərbaycan» qəzetində dərc edilmişdir (10 noyabr 1992-ci il, № 34) («LegalActs» LLC).


© LegalActs LLC