Azərbaycan Respublikasının «Tərəqqi» medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında


«Azərbaycan» qəzetində dərc edilmişdir (18 dekabr 1993-cü il, № 245) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (1993-cü il, № 23-24, maddə 681)

Relizin Tarixi: 06.02.1998

Azərbaycan Respublikasının «Tərəqqi» medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının «Tərəqqi» medalının
Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının «Tərəqqi» medalının Əsasnaməsi və təsviri təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 6 dekabr 1993-cü il

№ 758

«Azərbaycan» qəzetində dərc edilmişdir (18 dekabr 1993-cü il, № 245) («LegalActs»).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (1993-cü il, № 23-24, maddə 681) («LegalActs»).

6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli Qanuna əsasən dəyişikliklərlə («LegalActs»).


Azərbaycan Respublikasının
1993-cü il 6 dekabr tarixli
758 saylı Qanunu ilə
təsdiq edilmişdir.

Azərbaycan Respublikasının «Tərəqqi» medalının
Əsasnaməsi

1. Azərbaycan Respublikasının «Tərəqqi» medalı Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:

    • sənaye və kənd təsərrüfatı sahəsində qazandıqları uğurlara görə;
    • böyük əhəmiyyətli ixtiralara və səmərələşdirici təkliflərin verilməsinə görə;
    • elm, mədəniyyət, ədəbiyyat, incəsənət, xalq təhsili və səhiyyə sahələrində xidmətlərinə görə;
    • xalq təsərrüfatı obyektlərinin inşasında, yenidən qurulmasında görkəmli xidmətlərinə görə;
    • bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyətinə görə.

2. «Tərəqqi» medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda «İgidliyə görə» medalından sonra taxılır.


Azərbaycan Respublikasının
1998-ci il 6 fevral tarixli,
429-IQD nömrəli Qanunu ilə
təsdiq edilmişdir.

«Tərəqqi» medalının təsviri

«Tərəqqi» medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş 35 mm diametrli girdə lövhədir, kənarları hərəkət simvollu haşiyələrdən ibarətdir.

Medalın mərkəzində çiçəklənmə rəmzi təsvir olunmuşdur və onun üzərində çevrə boyunca «Tərəqqi» sözü yazılmışdır. Gül təsviri və yazı qabarıqdır.

Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur.

Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə yaşıl çalarlı beşguşəli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.

Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.


© LegalActs