Azərbaycan Respublikasının «Tərəqqi» medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında


Relizin Tarixi: 06.12.1993

Azərbaycan Respublikasının «Tərəqqi» medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının «Tərəqqi» medalının
Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının «Tərəqqi» medalının Əsasnaməsi və təsviri təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 6 dekabr 1993-cü il.

№ 758.


Azərbaycan Respublikasının
1993-cü il 6 dekabr tarixli
758 saylı Qanunu ilə
təsdiq edilmişdir.

Azərbaycan Respublikasının «Tərəqqi» medalının
Əsasnaməsi

1. Azərbaycan Respublikasının «Tərəqqi» medalı Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:

    • sənaye və kənd təsərrüfatı sahəsində qazandıqları uğurlara görə;
    • böyük əhəmiyyətli ixtiralara və səmərələşdirici təkliflərin verilməsinə görə;
    • elm, mədəniyyət, ədəbiyyat, incəsənət, xalq təhsili və səhiyyə sahələrində xidmətlərinə görə;
    • xalq təsərrüfatı obyektlərinin inşasında, yenidən qurulmasında görkəmli xidmətlərinə görə;
    • bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyətinə görə.

2. «Tərəqqi» medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda «İgidliyə görə» medalından sonra taxılır.


Azərbaycan Respublikasının
1993-cü il 6 dekabr tarixli
758 saylı Qanunu ilə
təsdiq edilmişdir.

«Tərəqqi» medalının təsviri

«Tərəqqi» medalı bürüncdəndir, girdə sivri formalı qabarıq ornament şəklindədir, ümumi ölçüsü şaquli xətt üzrə 51 mm, üfüqi xətt üzrə 48 mm-dir.

Ornamentin ortasında 2,5 mm enində naxışlı zolaqla haşiyələnmiş 31 mm diametrli dairə vardır. Zolağın aşağısında ucları əyri lent çəkilmiş, lentin üzərində qabarıq hərflərlə «Tərəqqi» sözü yazılmışdır. Dairənin içərisində şəfəqlənən günəş fonunda ağac şəklində haça buta təsvir edilmişdir, yuxarı hissəsində səkkizguşəli ulduz çəkilmişdir.

Medalın arxa tərəfində yuxarı hissədə aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Aşağı hissədə təltif tarixini yazmaq üçün nəzərdə tutulan gərilmiş altıbucaq vardır.

Medal qabarıq sağanaqla əhatələnmişdir.

Bütün yazılar və təsvirlər qabarıqdır.

Medal ilgək və halqa ilə dördbucaqlı qəlibə birləşir. Qəlib qəhvəyi rəngli xara lentlə birləşən ornamentli iki hissədən ibarətdir. Lentin sol yuxarı və sağ aşağı küncləri sarı-yaşıl rənglidir, 1 mm enində qızılı zolaqlarla ayrılmışdır. Lentin ümumi eni 19 mm-dir. Qəlibin ölçüsü 46 mm x 22 mm-dir.


© LegalActs